Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2015
17:20
İŞİD-in ABŞ tərəfindən yaranması haqqında ŞOK SƏNƏDLƏR FOTO-VİDEO

FaktXəbər-in Judicial Watch-a istinadən verdiyi məlumata görə, Benqazidə ABŞ konsulluğuna hücumdan sonra orada tapılan bir sənəd bu günlərin əsas müzakirə mövzusuna çevrilib. Sənədə əsasən Suriya müxalifətini dəstəkləyən ölkələr, o cümlədən ABŞ, Türkiyə, Fars körfəzi ölkələri ölkənin  şərqində  yaranan İŞİD barədə xəbərdar idilər və buna şərait yaradırdılar.

Hesabatda o da deyilir ki, Vaşinqton bundan tam məlumatlı olub və Liviya vasitəsilə silah göndərməklə terror qruplaşmasını tam dəstəkləyib. Sənəddə deyilir: «Qərb üçün Suriya rejimini təcrid etmək İŞİD-in yüksəlişini asanlaşdıracaq".

Bunun üçün bəzi faktlara nəzər etmək kifayətdir.

Xatırladaq ki, müxalif liderlərdən biri Azad Suriya Ordusunun komandiri Abdul Cabbar Əl-Okaidi İŞİD-lə sıx əlaqədə idi və qruplaşma barədə hər zaman müsbət rəy söyləyirdi.

2013-cü ilin may ayında çəkilən fotoda  Əl-Okaidinin yanında  ABŞ-ın Suriyadakı sabiq səfiri  Robert Fordun durduğu görünür.

Həmçinin amerikalı senator Con Makkeyn müxalif liderlərlə görüşmək üçün Suriyaya səfəri zamanı İŞİD-lə əlaqəsi olduğu bildirilən döyüşçülərlə çəkdirdiyi fotoları da günedəmə bomba kimi düşmüşdü.

Bu baxımdan Amerika İŞİD-in yaranmasında rolunu inkar edə bilməz.

RT telekanalı  Bostonda Universitetin  Şimal-Şərq  siyasəti üzrə professoru  Maks Abramsonla görüşüb. Onun sözlərinə görə ABŞ və müttəfiqləri İŞİD yaranan andan bu barədə xəbərdar idilər: «Bir çox amerikalı hesab edir ki, Suriyada İŞİD Bəşər Əsəd hökuməti tərəfindən yaradılıb. Lakin ABŞ Müdafiə Nazirliyinin hesabatından görünür ki, bu, belə deyil.  Sənəddə bildirilir ki, İraqda  «Əl-Qaidə» silahlılarının rəhbərlik etdiyi terror təşkilatları  çoxdandır ki, Suriyaya  soxulmaq istəyirdilər. ABŞ, Türkiyə və Fars körfəzi ölkələri isə bu barədə bilirdilər və buna şərait yaradırdılar. Bu gün sübutlar var ki, «mötədil» adlanan Suriya döyüşçüləri, elə də mötədiml deyilmişlər, hər zaman terrorçuların dəstəyindən istifadə edirmişlər».

Yeri gəlmişkən, ABŞ  Dövlət Departamenti  və Pentaqon terrorçuların  Liviyanın Benqazi şəhərində ABŞ səfirliyinə hücumundan məlumatlı idilər. Bu barədə ABŞ «Məhkəmə İdarəsi»nin mətbuat xidmətinin rəhbəri  Cill Farrel bəyan edib. Onun sözlərinə görə, hücum barədə xəbərdarlığı ABŞ dövlət katibi Hillari Klinton və Müdafiə naziri  Lion Panetta, Milli Təhlükəsizlik Şurası ilə birlikdə prezident Barak Obama almışdılar. Maraqlıdır ki, buna baxmayaraq, Obama administrasiyası hücumun təsadüfən baş verdiyini deyirlər. Bu gün həmin konsulluqda tapılan səndəlrə isə cinayətə nə üçün yol verildiyini açıqlayır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kolleclərə tələbə qəbulu elan edildi

21

Fevral
10:45
ELM / TƏHSİL
5

Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu

21

Fevral
10:30
HÜQUQ,HADİSƏ
124

Azərbaycanda bu sahədə maaş 3 min manatdan çoxdur

21

Fevral
10:25
İQTİSADİYYAT
126

İtkin düşmüş 5 nəfər tapılıb - RƏSMİ

21

Fevral
09:50
HÜQUQ,HADİSƏ
221

Qonaq getdikləri evdə dəm qazından öldülər

21

Fevral
09:45
HÜQUQ,HADİSƏ
246

Xarici valyutaların manata qarşı məzənnələri

21

Fevral
09:40
İQTİSADİYYAT
220

İranda parlament seçkiləri keçirilir

21

Fevral
09:20
DÜNYA
272

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
559

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
313

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
350
Şərhlər
Novreste İbrahimova tərəfindən 26-05-2015 05:15:44 tarixində yazıldı
abş işidi yaradıb
Şəxsən mənim üçün bu xəbər şok deyil dünyanın harasında hətta kiçik bir narahatçılıq oldusa bilinki ordada Amerikanın murdar əli var hələ Zəngilanda çox gənc yaşlarımda rəhmətlik atamdan eşitmişdim.O çox məlumatlı idi ama biz az istifadə etdik.Hələ 5ci sinifdə oxuyurdum atam dedi 3cü dünya muharibəsi olacaq özdə araz boyunca və bu muharibənin olması labüddür həmdə çox uzun sürəcək.Allah sənə rəhmət Etsin ata həyatda mənalı və elmli yaşadın.
Elnur Memmedzade tərəfindən 26-05-2015 05:16:41 tarixində yazıldı
ABŞ İŞİD
Buna wok xeber diysizki indi ki uwaqlarda coxu bilirki iwid israilin eli ile amerka yaradib
Nurlan Sixəlizadə tərəfindən 26-05-2015 05:17:22 tarixində yazıldı
ABŞ İŞİD-i yaradıb
sözsüzki bu beledi, dinc iraqlılara amansz işgenceler veren mehz amerikalılar deyildimi
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 10:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru