Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2015
11:11
Neftimizin qiyməti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ucuzlaşıb. 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən daxil olan məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 0.90 dollar azalıb. 

Hazırda neftin bir barelinin qiyməti 67.68 dollardır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.08 dollar (0.13%) azalaraq 59.80 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.01 dollar (0.01%) ucuzlaşaraq 66.69 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
231

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
223

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
316

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
302

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
303

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 22:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru