Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2015
12:27
İlham Əliyev: `Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir`
"1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük"

“Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, xarici borc ümumi daxili məhsulun 10 faizi təşkil edir. Müstəqillik illərində 200 milyard dollar sərmayə cəlb etmişik”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Asiya İnkişaf Bankı (AİB) Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısındakı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkə olaraq qalmaqdadır: “Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər salmağımızdır. Bu göstərir ki, biz “Holland sindromu”na məruz qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata keçirilməsinin şahidi olurlar”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda regionların inkişafı ilə bağlı 3 dövlət proqramı qəbul olunub: “Bu gün Neft Fondunun vasitəsi ilə 500-dən artıq xəstəxana, 3 mindən artıq məktəb tikmişik”. 

Dövlət başçısı həmçinin, manatın devalvasiyasından danışıb :

“Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq. Bu gün valyuta ehtiyatlarımız ümumdaxili məhsulun 70 faizinə bərabərdir. Biz özəl sektorun inkişafını üçün aşağı faizlə özəl sektora kreditlər verilməsini diqqət mərkəzində saxlayacağıq. Həmçinin xarici borcumuzu aşağı səviyyədə saxlayacağıq. Bu gün xarici borcumuz 9,8 faiz həcmindədir və bunu nəzarətdə saxlamalıyıq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
320

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
292

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
404

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
382

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
408

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
438
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 13:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru