Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2015
09:28
`LUKoyl`un prezidenti neftin qiyməti barədə proqnoz açıqladı

Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov “IHS Ceraweek 2015” konfransında çıxış edib. 

ABŞ-da konfransda çıxış edən azərbaycanlı milyarder şirkət öhdəliklərindən başqa, neftin ucuzlaşması məsələsinə də toxunub. 

O, neftin qiymətinin qiymətinin ən aşağı səviyyəyə düşdüyünü, əvvəlcədən bu il göstəricilərdə “sıçrayışlar”ın gözlənildiyini, lakin bu prosesin uzun çəkməyəcəyini diqqətə çatdırıb.

Analitiklərin fikrincə isə WTİ markalı neftin bir barelinin qiyməti tezliklə 32 dollara qədər azalacaq.

Qeyd edək ki, 1993-cü ildən Rusiyanın məşhur “LUKoyl” şirkətinə başçılıq edən V. Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. O, 1990-1991 –ci illərdə SSRİ neft və qaz sənayesi nazirinin müavini, 1991-1992 – ci illərdə SSRİ neft və qaz sənayesi nazirinin birinici müavini olmuşdur. 1991-ci ilin sonunda V.Ələkbərov Perm, Volqoqrad və Majeyski (Litva) zavodları ilə “Lanqenpasneftqaz”, “Ukrayneftqaz” və “Koqalımneftqaz” (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq Rusiyada ilk neft konsernini yaradıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
195

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
195

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
354
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 16:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru