Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2015
16:56
Maliyyə naziri neftin ucuzlaşmasından danışdı

Dünya bazarında neftin ucuzlaşması Azərbaycana mənfi təsir edib.

Bunu Maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, neftin ucuzlaşması xüsusilə icmal büdcənin gəlirlərinə mənfi təsir edib:

“Dünyanın enerji bazarında baş vermiş hadisələr onu göstərir ki, tələb təklifi xeyli üstələyib. Bu isə neftin ucuzlaşmasına şərait yaradır.

Bu il 2014-cü il ilə müqayisədə bu il neftin orta qiyməti iki dəfəyədək azalıb. Neftin ucuzlaşması əsasən icmal büdcənin gəlirlərinə mənfi təsir edib. Dövlət büdcəsinin gəlirlərinə o qədər yüksək təsir etməyib. Yalnız Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərinə təsir edib”.

S.Şərifov qeyd edib ki, neftin ucuzlaşması nəticə etibarilə ölkənin tədiyyə balansına, ümumi gəlirlərinə mənfi təsir göstərir.

Nazir əlavə edib ki, buna baxmayaraq, Azərbaycan hökuməti müvafiq tədbirlər görüb:

“Biz təsdiq olunmuş büdcəni yüksək səmərə ilə icra etməyi planlaşdırırıq. Lazımsız, lüzumsuz xərclərə yenidən baxırıq, bu xərcləri azaldırıq və bəzi infrastruktur layihələrini  növbəti ilə saxlayırıq.

Yəni, gəlir və xərcləri tarazlaşdırmaq üçün xeyli imkanlarımız var. 2015-ci ilin I rübünün yekunlar göstərir ki, Azərbaycan bütün sosial vəzifələrin həyata keçirilməsini təmin edib. Başqa sözlə, əsas maliyyə vəzifələrinin yerinə yetirilməsində problem yaşanmır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
120

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
150

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 15:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru