Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2015
12:59
Dünyanın neft istehsalçıları sırasında Azərbaycan hansı yerdədir - ARAŞDIRMA

Neft ixrac edən ölkələrin təşkilatı — OPEK (The Organization of the Petroleum Exporting Countries) dünyanın neft bazarlarındakı vəziyyətlə bağlı açıqlamasında bu il neftə olan tələbatın artacağını, eyni zamnda OPEK-ə daxil olmayan ölkələrdə, o cümlədən Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır.

OPEK ekspertləri belə qənaətə gəliblər ki, təşkilata üzv olmayan ölkələrdə hasilatın azalması dünya bazarlarında neftin qiymətlərinin yenidən artmasına ciddi təsir göstərəcək. Nəticədə bu proses Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin artmasına da təsir edəcək.

Ümumiyyətlə, 2014-cü ildə Azərbaycanda 41.9 mln ton neft hasil edilib. Hökumətin proqnozlarına görə, bu il ölkədə 40,62 mln ton neft hasilatı planlaşdırılır. Yəni obyektiv səbəblər üzündən neft hasilatının 1,28 mln ton və ya təqribən 9,5 mln barel azalması gözlənilir.

Digər tərəfdən, Azərbaycan neftinin real orta ixrac qiyməti 2014-cü ildə 101 dollar olub. 2015-ci ildə verilən ən optimist proqnozlar neftin qiymətinin 60 dollar olacağına hesablanıb. Normal qiymətlər isə artıq 58-59 dollardır. Pessimist qiymətlərə gəlincə, onun 50 dollardan aşağı olmayacağı proqnozlaşdırılır.

OPEC tərəfindən dünya ölkələrinin təsdiqlənmiş neft ehtiyatları açıqlanıb. Hesabatda onların neft çıxartma və eləcə də dünyada təbii ehtiyatlarla ən zəngin olan 10 ölkə barədə məlumatlar var. 

FaktXəbər-in məlumatına görə, OPEC-in hesabatında deyilir ki, siyahıya Venesuela başçılıq edir. Bu ölkənin təsdiqlənmiş neft ehtiyatları 297,570 mlrd. barel həcmindədir. Səudiyyə Ərəbistanı isə ikincidir. Bu ölkənin təsdiqlənmiş neft ehtiyatları 267,910 mlrd. barel həcmindədir. Eyni zamanda, Qətərin təsdiqlənmiş neft ehtiyatları 25,382 mlrd. barelə çatıb.

Sənəddə qeyd olunub ki, İraqın təsdiqlənmiş neft ehtiyatları 140,3 mlrd. barel, Küveytin – 104,5 mlrd. barel, BƏƏ-nin – 97,8 mlrd. barel, Rusiyanın – 80,000 mlrd. barel, Liviyanın – 48,014 mlrd. barel və Nigeriyanın ehtiyatları 37,200 mlrd. bareldir.

OPEC-in hesabatına əsasən, ABŞ-ın təsdiqlənmiş neft ehtiyatları sabit qalıb və 23,267 mlrd. barel təşkil edib. 

İndi isə neft ehtiyatları ən çox olan 22 ölkənin siyahısını sizə təqdim edirik. 

1. Venesuela – 297,570 mlrd. Barel

2. Səudiyyə Ərəbistan – 267,910 mlrd. barel

3. Kanada – 178,9 mlrd. barel

4. İran – 157, 300 mlrd. barel

5. İraq – 140,300 mlrd. barel

6. Küveyt – 104,000 mlrd. barel

7. BƏƏ – 97,800 mlrd. barel

8. Rusiya – 80, 000 mlrd. barel

9. Liviya – 48,014 mlrd. barel

10. Nigeriya – 37,200 mlrd. barel

11. Qazaxıstan – 30,002 mlrd. barel

12. Çin – 25,585 mlrd. barel

13. Qətər – 25,382 mlrd. barel

14. ABŞ – 23,267 mlrd. barel

15. Braziliya – 13,986 mlrd. barel

16. Meksika – 10,264 mlrd. barel

17. Əlcəzair – 12,20 mlrd. barel

18. Angola – 10,470 mlrd. barel

19. Hindistan – 9,043 mlrd. barel

20. Ekvador – 8,240 mlrd. barel

21. Azərbaycan – 7,000 mlrd. barel

22. Norveç – 6,900 mlrd. Barel

Dünyada gündəlik ən çox neft hasilatı olan 10 ölkə 

1. Rusiya – 10,900 mln. barel (dünyanın 12.28%-i)

2. Səudiyyə Ərəbistanı – 9,900 mln. barel (dünyanın 12.65%-i)

3. ABŞ – 8,453 mln. barel 

4. İran 4,231 mln. barel (dünyanın 4.77%-i)

5. Çin – 4,073 mln. barel (dünyanın 4.56%-i)

6. Kanada – 3,592 mln. barel (dünyanın 3.90%-i)

7. İraq – 3,400 mln. barel (dünyanın 3.75%-i)

8. BƏƏ – 3,087 - mln. barel (dünyanın 3.32%-i)

9. Venesuela – 3,023 - mln. barel (dünyanın 3.21%-i)

10. Meksika – 2.934 mln. barel (dünyanın 3.09%-i)

Qeyd edək ki, Azərbaycan gündəlik 1 milyon barel neft hasilatı ilə (dünyanın 1.20%-i) dünyada 21-ci yerdədir. 

Dünyada təbii ehtiyatlarla zəngin olan 10 ölkə

Təbii ehtiyatlar tanrının  insanlara  faydalanmaları və təbiətdə sağ qalmaları üçün bəxş etdiyi  ən gözəl nemətlərdəndir, lakin insanlar bəzən bu nemətlərdən düzgün şəkildə istifadə etmirlər. Sürətlə inkişaf edən dünya iqtisadiyyatında təbii ehtiyatların böyük rolu var. Dünya ölkələrinin iqtisadiyyatının əsasını elə  təbii ehtiyatların təşkil etməsi faktı da danılmazdır. 

Dünyada təbii ehtiyatlarla zəngin olan ölkələr çoxdur və bu ehtiyatlar bəzi ölkələrdə çox nadir və bahalı, bəzilərində isə çox ucuz hesab olunur, lakin hər iki halda onların öz dəyəri var. Aşağıdakı sıralamada dünyada təbii ehtiyatlarla zəngin olan 10 ölkə təsvir olunub.

1. Rusiya

Təbii ehtiyatlarına görə dünyada ən zəngin ölkə Rusiyadır. Rusiyanın bütün ehtiyatları onu 75 trilyon dollara sahib olan zəngin ölkəyə çevirir.  Qazancının əsasını qaz və meşə materialları ehtiyatları təşkil edir.

2. Amerika Birləşmiş Ştatları

Amerika Birləşmiş Ştatları  dünyada  30 trilyon dollar dəyəri olan ümumdünya kömür istehsalının 31.2%-nə malik olmaqla tanınır və dünyada  geniş kömür təchizatına sahibdir. Əlavə olaraq ABŞ həm də 750 milyon akr meşə sahəsinə sahib olmaqla milyonlar qazanır.  Onun malik olduğu ümumi ehtiyatların dəyərinin 45 trilyon dollar olması ehtimal olunur. 

3. Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı zəngin  neft ehtiyatlarına malikdir. Ölkə gəlirinin əsasını neft  təşkil edir və bu da dünya neft istehsalının 20%-nə bərabərdir. Səudiyyə Ərəbistanı dünya neft hasilatında böyük paya sahibdir. Onun bütün təbii ehtiyatları 34.4 trilyon dollar dəyərindədir.

4. Kanada

Kanada da neft ehtiyatlarından yüksək gəlir əldə edir.  Son  statistik hesablamalar  Kanadanın 21 trilyon dəyərində 178.9 milyard barel neftə sahib olduğunu  göstərir. Ölkənin  bütün  təbii ehtiyatlarından əldə etdiyi  33.2 trilyon dollar gəlir onu digər ölkələrlə müqayisədə daha güclü iqtisadiyyata malik ölkəyə çevirir.

5. İran

İran təbii ehtiyatlara görə dünyada  varlı olan 10 ölkə siyahısındadır. O  neft, qaz, meşə materialları və digər təbii ehtiyatlarla zəngindir və bu ehtiyatlar İrana  27.3 trilyon dollar gəlir gətirir.

6. Çin

Hazırda Çin təbii ehtiyatlarının zənginliyinə görə dünyada 6-cı sıradadır. Kömür və digər  yeraltı mineral ehtiyatları ölkənin əsas gəlir mənbəyi hesab olunur. O dünya kömür hasilatının 13%-ə bərabər olan çoxlu kömür ehtiyatlarına malikdir. Təbii ehtiyatlarına görə Çinin illik gəliri 23 trilyon dollardan çoxdur.

7. Braziliya

Braziliyanın siyahıda yer almasına səbəb olan onun zəngin qızıl və uran yataqlarına sahib olmasıdır. Baxmayaraq ki, Braziliya ümumdünya dəmir hasilatının 17%-nə malikdir, lakin o dünyanın  2-ci ən çox dəmir istehsal edən ölkəsidir.  Meşə materialları ölkənin iqtisadiyyatına güclü təsir göstərir və Braziliya ümumdünya meşə materialları hasilatının 12.3%-nə sahibdir. Ölkənin bütün təbii ehtiyatları 21.8 trilyon dollar dəyərindədir.

8. Avstraliya

Avstraliya kömür, mis, dəmir və meşə materialları ehtiyatlarına görə getdikcə daha da zənginləşən bir ölkədir.  Ölkə dünya qızıl təchizatının 14.3%-nə bərabər olan zəngin qızıl ehtiyatlarına malikdir. Əlavə olaraq isə ümumdünya uran təchizatında 46% paya yiyələnmişdir. Ölkənin bütün təbii ehtiyatlarından əldə etdiyi gəlir 19.9 trilyon dollardan çox hesablanır.

9. İraq

İraq da dünyada  təbii ehtiyatlarına görə məşhurdur. Onun bir ilik neft  hasilatı 115 milyon barelin üzərindədir. Bu da ümumdünya neft hasilatının 9%-i deməkdir. Əlavə olaraq onun  1.1 trilyon dollara bərabər olan fosfat süxur ehtiyatları mövcuddur. İraqın ümumi gəliri isə 15.9 trilyon dollardır.

10. Venesuela

Venesuela zəngin neft və qaz ehtiyatlarına görə dünyanın digər ölkələri ilə müqayisədə  10-cu məşhur ölkəsidir. Neft, qaz, meşə materialları və digər təbii ehtiyatlardan əldə etdiyi ümumi gəlir 14.3 trilyon dollardan daha çoxdur.

Xatırladaq ki, OPEK neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-da cəhd göstərib.) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən və yaxud təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyi üçün təşkilatdan çıxıb, 2007-ci ildə isə yendən qayıdıb. 2007-ci ildə İndoneziya təşkilatdan çıxmaq istəyini bildirib və çıxıb. Təşkilatın qərargahı 1965-ci ildən Vyanadadır. Hazırda OPEK-in 12 üzvü var. Üzv ölkələrin ərazisinin ümumi sahəsi 11,8 milyon km2 -dır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
263

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
250

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
352

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
332

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
363

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
377
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 06:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru