Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2015
16:26
Azərbaycan xam neft və təbii qaz ixracını azaltdı

2015-ci ilin 3 ayı ərzində (yanvar-mart)   3 383 686.61 min dollar dəyərində məhsul ixrac olunub.  Bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 1 99 607.77 min dollar və ya 37 %  azdır.

Bu barədə Dövlət Gömrük Komitəsindən ( DGK) məlumat verilib.

Komitənin məlumatına görə,  2015-ci ilin yanvar-mart  ayları ərzində Azərbaycan 1 99 622.07 min dollar dəyərində neft məhsulları ixrac edib, bu da 2015-ci ilin 3 ayının ümumi ixracda payı 5.90% təşkil edir. 2014-cü ilin müvafiq dövründə isə bu göstərici 71.45 % idi.

Azərbaycan xam neft ixracını da azaldıb:

Belə ki, 2015-ci ilin 3 ayı ərzində 2 629 790.83 min dollar dəyərində xam neft ixrac olunub, bunun da ümumi ixracda payı 77.72% təşkil edir.  Ötən ilin müvafiq dövrünə nisbətən azalma 1,933, 208.86  və ya 42 % azalma.

Təbii qaz ixracında da azalma müşahidə olunur. Əgər 2014-cü ilin 3 ayı ərzində 145 954.80 dollar dəyərində təbii qaz ixrac olunmuşdusa, 2015-ci ilin müvafiq dövründə bu göstərici 75 836.66 min dollar təşkil edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
279

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
476

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
473
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 17:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru