Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2015
14:59
Rusiyaya narkotik daşıyan azərbaycanlı güləşçi tutuldu

Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin Həştərxan vilayəti üzrə Regional idarəsinin mətbuat xidmətinin rəhbəri Olek Makeyev aprelin 16-da sintetik narkotiklərin satışı ilə məşğul olan iki mütəşəkkil cinayətkar dəstənin yaxalandığını bildirib.

2015-ci ilin martında Rostov-na-Donu şəhərində yaşayan 1992-ci il təvəllüdlü gənc insan saxlanılıb.

İstintaqın məlumatına görə, o, Rostov, Volqoqrad və Həştərxanda sintetik narkotiklərin tədarükünə nəzarət edirmiş. Onun əlaltıları 25-30 yaşlarında üç kişi olub.

Axtarış zamanı narkopolislər 4 kiloqram reagent maddəsi tapıblar. Həmin maddədən 100 kiloqrama yaxın sintetik narkotik hazırlamaq mümkündür.

Apreldə isə Həştərxanda sintetik narkotik satan digər mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.

“Əməliyyatçılar qrupun lideri, 23 yaşlı Azərbaycan vətəndaşı, peşəkar idmançını (yunan-Roma güləşi) və 24-29 yaşlarında dörd Həştərxan sakinini saxlayıblar”, - deyə, o, bildirib.

Saxlanılan şəxslər barəsində cinayət işi qaldırılıb, araşdırma gedir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1171
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 07:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru