Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2015
17:54
Azərbaycanın neft gəlirləri 47% azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən cari il aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 112 milyard 215 milyon dollar gəlir əldə edib.

Bu barədə məlumatı ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər.

Qeyd edilib ki, cari il yanvarın 1-dən aprelin 1-dək AÇG layihəsi çərçivəsində Fonda 2 milyard 65 milyon dollar vəsait daxil olub. Bu isə ötən ilin üç ayı ilə müqayisədə 1 milyard  821 milyon dolar və ya 46,86% azalma deməkdir.

2014-cü ilin ilk üç ayında ARDNF AÇG-dən  3 milyard 885 milyon 800 min ABŞ dolları gəlir əldə etmişdi.

“ŞAHDƏNİŞ” ÜZRƏ DƏ VƏSAİT AZALIB

Bu ilin ötən üç ayında Fonda “Şahdəniz” yatağının işlənməsindən 79,5 milyon dollar vəsait daxil olub. Ötən ilin eyni dövründə bu məbləğ 115,6  milyon  dollar idi.

2007-ci ildən cari il aprelin 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 199 milyon dollar gəlir əldə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
259

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 23:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru