Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2015
12:35
Neftlə bağlı qorxunc proqnoz
İqtisadçı-ekspert: "Neftin qiyməti heç vaxt 100 dollar olmayacaq"

Bu ilin yay aylarında dünya bazarında neftin bir barelinin qiyməti 40 dollaradək azala bilər.

Bunu "Goldman Sachs" Energetika Tədqiqatlarının Avropa Mərkəzinin rəhbəri Mişel Della Vinya deyib.

O bildirib ki, qısamüddətli perspektivdə neftin qiymətinin minimum 25 dollar, maksimum isə 100 dollardan yuxarı olacağını gözləmək ağlasığmaz görünür.

Onun sözlərinə görə, OPEK-ə daxil olan və olmayan ölkələr tərəfindən bazara çıxarılan xammalın həddən artıq bolluğu "qara qızıl"ın ucuzlaşmasına gətirib çıxarıb. Bunun digər səbəblərdən biri də ABŞ-da şist neftin hasilatının artmasıdır.

Mərkəz rəhbəri vurğulayıb: "Düşünürəm ki, hər şey ABŞ-dan asılıdır və bazarın tənzimlənməsi bu ölkə ilə bağlıdır. Hasilatın azalması OPEK-ə tarazlığı bərpa etməyə kömək edəcək. OPEK-ə daxil olmayan ölkələr bu məsələni həll etməlidir. OPEK-in iyunda keçiriləcək islasında neft hasilatı ilə bağlı kvotanın azaldılmasını gözləmək lazım deyil."

Xatırladaq ki, keçən illə müqayisədə indi neftin qiyməti iki dəfədən çox azalıb. Bu ilin başlanğıcında Brent markalı neftin bir barelinin qiyməti 45 dollara yaxınlaşıb. OPEK-in 2014-cü il noyabrın 27-də neftin gündəlik hasilatının 30 milyon barel səviyyədə saxlamaq barədə qərarı qiymətlərin düşməsini gücləndirib. Eyni zamanda bu il yanvarın sonunda və fevralın başlanğıcında Brent markalı neftin qiymətində artım müşahidə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
315

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
287

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
399

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
377

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
408

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
438
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 13:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru