Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2015
22:09
SOCAR neftlə bağlı açıqlama verdi

2015-ci ilin mart ayı ərzində 2 milyon 037 min 735 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın rəsmi saytının verdiyi məlumata görə, bu həcmin 1 milyon 226 min 279 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 6 milyon 862 min 055 ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara verilən gündən 2015-ci il aprelin 1-dək Ceyhan limanından 268 milyon 801 min 145 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

2015-ci ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 521 min 925 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 222 min 202 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il aprelin 1-dək BTC-yə 271 milyon 062 min 048 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin mart ayında BTC kəməri ilə 374 min 500 ton Qazaxıstan və 300 min 333 ton Türkmənistan nefti nəql olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
210

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
213

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
385
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 18:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru