Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2015
10:59
Göygöldə sərnişin mikroavtobusu aşdı - ölən və yaralılar var

 Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə Samux rayonunun Alabaşlı - Qarayeri avtomobil yolunun Göygöl rayonu ərazisində olan hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Kəmaləddin Ənvər oğlu Qafarov idarə etdiyi “QAZel” markalı mikroavtobusu aşırıb. Nəticədə maşında olan sərnişin, Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Səfər Cəfər oğlu Tağıyev hadisə yerində ölüb.

Şəmkir rayonunun Könüllü kənd sakinləri,  1964-cü il təvəllüdlü Gülbəsti Məhəmməd qızı Tanrıverdiyeva və 1968-ci il təvəllüdlü Bahar İsa qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
665

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
852

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
659
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 03:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru