Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2015
13:18
Gələcəyi neftin rəngi kimi tutqun görsənən milli iqtisadiyyat - MÜNASİBƏT

“Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var deyib, onlar arasında Azərbaycan Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Şirkətinin adlarını sadalayan Mərkəzi Bank sədri bu açıqlaması ilə həm Azərbaycan iqtisadiyyatının taleyinin neft satışından nə qədər asılı olduğunu və həm də yerli şirkətlərin rəqabət qabliyyətsizliyini təsdiqlədi”.

FaktXəbər-in məlumatına görə, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

“Bununla o göstərdi ki, xarici bazarlarda neftdən başqa bir şey satmaq qabliyyətinə malik deyilik və Azərbaycanda istehsal olunmuş məhsulları başqa dövlətlərə ixrac edib ölkəyə çoxlu valyuta gətirən özəl şirkətimiz yoxdur. Bu həm də dolayı yolla daxili bazarın monopollaşmasının isbatıdır. Burdan çıxan digər bir nəticə də odur ki, indiyə qədər dövlət rəqabəti deyil, inhisarçıları dəstəkləyib, onlar da aşağı keyfiyyətli və baha qiymətli mallarla yalnız yerli istehlakçıları təmin etmək qabliyyətindədir. Çünki, bizdən başqa heç bir alıcı həmin monopol şirkətlərin istehsal etdikləri məhsullara pul vermir (verməz kimi də oxuya bilərsiniz). Nəticə odur ki, neft hasilatının və qiymətlərinin aşağı düşdüyü şəraitdə milli iqtisadiyyatın gələcəyi neftin rəngi kimi tutqun görsənir”-deyə ekspert sözlərinə əlavə edib.

Qubad İbadoğlu hesab edir ki, Mərkəz Bankının sədri dünənki açıqlaması ilə həm də növbəti devalvasiyanın anonsu verdi: 20-30 faiz. və onu da etiraf etdi ki, onlar hazırkı şəraitdə manatın sabitliyinə pul xərcləməsi ilə ovçunun havaya güllə atması arasında heç bir fərq yoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
234

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
191

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
266

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
282

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
232

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
508
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 23:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru