Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2015
12:16
Türkiyənin məşhur masonları - SİYAHI

Son günlər Türkiyə gündəmində mason mövzusu yenidən ön plana çıxıb. Hazırda ABŞ-da yaşayan hizmət hərəkatının lideri Fəthullah Gülənə aid olan masonluq bilgiləri bu mövzunu yenidən aktuallaşdırıb. Azad Mason Lojasının həm cümhuriyyət, həm də Osmanlı dönənimdəki məşhur türk masonlarının siyahısını tərtib etməsi də bu zərurətdən meydana çıxıb. Maraqlıdır ki, siyahıda dövlət rəhbərləri, Osmanlı sədrəzəmlərindən tutmuş sənətçi və ədəbiyyat adamlarına qədər 60-dan çox adamın adı var.

Siyahıda yer alan məşhurların bir qismini təqdim edirik:

Sədrəzəmlər - (sədrəzəm - Osmanlı dönəmimdə sultan adına dövlət işlərini yönəldən və ən yüksək imtiyaza sahib olan şəxs. Vəziri-əzəm sözündən götürülüb): 

Mustafa Rəşid paşa, Əli paşa, Keçəcizadə Fuad paşa, Xeyrəddin paşa, Midhət paşa, I Haqı paşa, Tələt paşa;

Baş nazirlər: Hakan Saka (1925-26), Suat Hayri Ürgüplü (1961-63), baş nazir müavini Akif İyidoğan

Yüksək rütbəli hərbçilər, nazirlər - Zəki Doğan paşa (Hərbi Hava Qüvvələri komandanı),  Qazi Osman paşa,(Osmanlı ordusu), Rəsnəli Niyazi (Osmanlı ordusu) Rəşid paşa, Səlim sarper (xarici işlər naziri), Məhmət Cəmil Uybadın (daxili işlər naziri), Şükrü Qaya (daxili işlər naziri), Həsən Mənəməncinoğlu (ədliyyə naziri);

Təhsil nazirləri və elm xadimləri: Hüseyn Vasf Çinar (1929), Mustafa Necati (1924), Həsən Əli Yücel (1938-1946),

Professorlar: Nətəş Ömər (tibb), Faiq Səbri Duran (coğrafiya), Mustafa Tunc (psixologiya), Mustafa İnan (İstanbul Universitetinin rektoru), Kamal Ökə (tibb), Ömər Akalın (tibb), Saleh Murad Özdilək (fizika), Kərim Erim (riyaziyyat);

Şair, yazıçı və sənətçilər: Ziya Paşa, Süleyman Asaf, Namiq Kamal, Tofiq Rza, Rəşad Nuri Güntəkin, Məmməd Əmin Yurdaqul,  Ziya Göyalp, Ayhan İşıq;

Osmanlı dönəmindəki türkiyəli masonların cərgəsində iki erməni əsilli şəxsin adı da var. Bunlar Güllü Aqop Vartovyan və Diren Kələkyandır. Vartovyan Osmanlı dönəmində aktyor, rejissor, Diren Qriqor oğlu Kelekyan isə jurnalist, siyasət tarixi üzrə araşdırmaçı kimi tanınıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru