Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2015
12:47
Azərbaycanda neft sektoruna qoyulan investisiyanın həcmi açıqlandı

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın neft sektoruna 893,8 milyon manat investisiya qoyulub. Bu rəqəm 2014-cü ilin müvafiq dövrünün göstəricisindən( yanvar-fevral -775 milyon manat)  15,3% çoxdur.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ilin ilk 2 ayının (yanvar, fevral) yekunu üzrə hesabatında deyilir.

Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital 988,3 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 11,5% çoxdur.

Bu vəsaitdən emal sənayesi sahəsinə 893,1 milyon manat həcmində sərmayə qoyulub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

Qeyd edək ki, elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına qoyulmuş investisiyaların həcmi 14,5 milyon manat təşkil edib. Bu, 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 57,7% azdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
450

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
387

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
362
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 01:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru