Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Mart

2015
10:33
Neftlə bağlı bədbin proqnoz
Qara qızılın qiymətinin yenidən 100-120 dollara qaldırmaq çox çətin olacaq

"Səudiyyə Ərəbistanı ucuzlaşmış neftin qiymətini qaldırmaq məsuliyyətini təkbaşına üzərinə götürə bilməz".

Bunu Səudiyyə Ərəbistanın neft naziri Ali bin İbrahim əl Naimi bildirib.

Nazir deyib ki, OPEK bütün dünya neftinin yalnız 30 faizini verir və neftin qiymətinin artmasını istəyiriksə, 70 faizi verən qeyri-OPEK ölkələri də hərəkət etməlidir: "Neftin qiymətinin aşağı olmasının siyasətlə heç bir əlaqəsi yoxdur. Hazırda krallığın günlük neft istehsalı 10 milyon barreldir və əgər müştərilərdən tələb olarsa, bu rəqəm artırıla bilər. Hələlik tələbat yoxdur”.

Ekspertlərin fikrincə, neft qiymətlərinin aşağı səviyyədə qalması əsas etibarilə Səudiyyə Ərəbistanının istehsalı azaltmaq istəməməsi ilə bağlıdır.

OPEK-in rəhbəri Məhəmməd əl-Madi bir barrel neftin qiymətinin yenidən 100-120 dollara qaldırmağın çox çətin olacağını deyib. 

Xatırladaq ki, Brent markalı neftin qiyməti hazırda bir barrel üçün 55 dollar təşkil edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
259

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 22:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru