Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2015
11:41
Vəhabi müfti: Kuveytdəki bütün kilsələr dağıdılmalıdır

Ötən ay Kuveytin sələfi din xadimi Üsamə əl-Münəvvər tərəfindən irəli sürülən Kuveyt ərazisində xristian kilsələrinin tikintisini qadağan etmək barədə təklifi qanuni qüvvəyə minməməsinin ardınca bu barədə növbəti qalmaqallı açıqlama yayılıb.

Kuveytdə qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən İslami İrsin Dirçəldilməsi Cəmiyyəti Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz ibn Abdullah Al əş-Şeyxə bu barədə sualla müraciət edib.

Səudiyyə Ərəbistanında ən ali dini rütbəni daşıyan, eyni zamanda ölkədəki İslam alimləri ali şurasının sədri vəzifəsində olan şeyx Əbdüləziz ibn Abdullah cavabında bildirib ki, Ərəbistan yarımadasında yalnız bir din hakim olmalıdır.Buna görə də, Kuveyt Ərəbistan yarımadasının tərkib hissəsi olduğu üçün hökumət ölkə ərazisindəki bütün kilsələri dağıtmağa borcludur.

Bildirək ki, fevral ayında Kuveyt parlamentində təkliflə çıxış edən əl-Münəvvər ölkədəki bütün kilsələrin fəaliyyətinin ləğvinə nail olmağı nəzərdə tutmuşdu. O, bu barədə təklifinə aydınlıq gətirərək, hazırda Kuveyt ərazisində mövcud olan kilsələrə toxunmamaq şərtilə yeni kilsələrin tikintisini qadağan etməyi nəzərdə tutduğunu bildirmişdi/İnterAz

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
208

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
240

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
205
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 19:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru