Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2015
13:18
Narkotikdən öldüyü deyilən çempionumuzla bağlı rəsmi açıqlama - FOTO

Güləşçi Emin Bəşirov uzun davam edən xəstəlikdən sonra vəfat edib. 

Bunu Trend-ə açıqlamasında Emin Bəşirovun vəfatı ilə bağlı mətbuatda yayılmış xəbərlərə münasibət bildirən Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov deyib.

Onun sözlərinə görə, son illər mərhumun federasiya ilə hər hansı bağlantısı olmayıb: "Mərhum Emin Bəşirov 1998-2002-ci illərdə yeniyetmə və gənclərdən ibarət yığma komandanın tərkibində ölkəmizi təmsil edib. O, 1998-ci ildə Rusiyada yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1999-cu ildə Danimarkada yeniyetmələr arasında dünya çempionu, 2000-ci ildə Slovakiyada və 2002-ci ildə isə Yuqoslaviyada yeniyetmə və gənclər arasında Avropa çempionatlarının bürünc medalına sahib olub. Ancaq 2002-ci ildən sonra heç bir güləş yarışında iştirak etməyib. Güləşdən tamamilə uzaqlaşıb, idmançı kimi karyerasını başa vurub. Onun şəxsi məşqçisi Qərib Əliyevdən aldığımız məlumata görə, ömrünün son günlərinə qədər yataq xəstəsi olub. Uzun davam edən xəstəlikdən sonra vəfat edib. Yeniyetmə və gənclik illərində ölkəmizin bayrağını ucaltmış, himnimizi səsləndirmiş bir idmançı olub. Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin!"

Qeyd edək ki, vəzi KİV-lərdə bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu və bu səbəbdən dünyasını dəyişdiyinin ehtimal olunduğu bildirilir.

***

Azərbaycanın güləş üzrə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib.

Məlumata görə, bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirov narkotik istifadəçisi olub. Ehtimal olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, Bəşirov Emin Əbiş oğlu 25 mart, 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Qubadlı rayonu, Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

E.Bəşirovun idman nailiyyətlərinə gəlincə isə yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya, 1998), yeniyetmələr arasında dünya çempionu (Danimarka, 1999) və Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya, 2000, Yuqoslaviya, 2002) olub./azvision

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1181
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 08:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru