Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2015
14:44
Siyavuş Novruzovdan manat açıqlaması: `Dövlətdə günah yoxdur`

“Azərbaycanın kifayət qədər valyuta və maliyyə ehtiyatları var. Narahatlığa və ajiotaj yaratmağa ehtiyac yoxdur”.

Bunu virtualaz.org saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, dolların qiymətinin qalxması xalqa düzgün və sadə şəkildə izah olunmalıdır: “Dolların qalxması xalqa izah olunmalıdır. Bəziləri başlayırlar ki, makroiqtisadi sistem, devalvasiya, nə bilim nə. İnsanları sadə xalq dilində başa salmaq lazımdır. Manat əvvəlcə dollara uyğunlaşırdı. İndi isə dollar da avro ilə uyğunlaşır. Yəni dollarla avro eyni həddə olmalıdır. Dolların avroya münasibəti necə olacaqsa, manatın da dollara və avroya münasibəti elə olacaq”.

S.Novruzovun sözlərinə görə, bir neçə gündür ki, manatın dəyərinin aşağı düşməsindən və dolların qiymətinin qalxmasından yalnız dəllallar istifadə edib: “Bir sıra dəllallar bu prosesdən pul qazanmaq istədilər. Bəzi kəndlərdə insanlar dollarla manatı başabaş dəyişirdilər. Sadə xalq prosesdən xəbərsiz olduğu üçün onlardan sui-istifadə ediblər. Bunların heç biri dövlətin siyasətinin nəticəsi deyil. Bu, bəzi dəllalların fəaliyyətinin nəticəsidir”.

YAP-çı deputat qeyd etdi ki, sadə xalq dolların qalxmasından heç nə itirməyəcək: “Xalq bunu düzgün formada başa düşməyib. Bunu ona sadə şəkildə izah etmək lazımdır. Narahat olmaq lazım deyil. Çünki manatın arxasında iqtisadiyyat durur. Azərbaycanın ehtiyat fondları var, ümumi daxili məhsulu var. Biz o zaman problem yaşaya bilərik ki, qeyd etdiklərimiz bizdə olmasın. Azərbaycanın kifayət qədər ehtiyatları var. Narahatlığa və ajiotaj yaratmağa ehtiyac yoxdur”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
562

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
448

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
466

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
722

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
527
Şərhlər
Mammedov Elnur tərəfindən 21-02-2015 14:18:19 tarixində yazıldı
buna ne deyek
yenede devlet yox dellallar oldu
ilkin tərəfindən 21-02-2015 15:55:12 tarixində yazıldı
memmedov
siz duz deyirsiz.sizin zibil kimi pulunuz var.size tesur etmeyecek.deyesen aztv den basqa televiziyaya baxmirsiz.arada kanali deyisin.
Sebuhi Mmmedov tərəfindən 21-02-2015 16:38:18 tarixində yazıldı
12
Bu hal hecde yaxsi hal deyil.Dollar qalxmamalidir.
Natig Asadov tərəfindən 21-02-2015 21:42:13 tarixində yazıldı
Mehman filminden sitat
"Birce Anbardar Memmedxanin yeri eksik idi" Mehman filminden sitat.
Borclu Zaur tərəfindən 22-02-2015 15:06:02 tarixində yazıldı
devolvasiya
bizim millet vekili muhum meseleler barede izah vererken bir az savadini ortaya qoysa daha yaxsi olardi( savad olan yerde)Sayavus muellim ozunuzi biyabir etmeyin. Xalq bu devolvasiyanin "xeyrini" bir qune qordi ve daddi
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 07:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru