Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2015
11:24
Neftin ucuzlaşması daha bir şirkətdə ixtisarlara səbəb oldu

«Şirvan şəhərində yerləşən "Qarasu Əməliyyat Şirkətində neftin qiymətinin aşağı düşməsi adıyla işçiləri məcburi surətdə bir ay müddətinə "öz hesabına" məzuniyyətə göndərirlər». Bu barədə FaktXəbər-in redaksiyasına göndərilən şikayət məktubunda bildirilir. Şikayətçinin sözlərinə görə, hətta bəzi sahələrdə ixtisara salınmaqla işdən azad olunma halları da mövcuddur.

Qeyd edək ki, dünya bazarında neftin  ucuzlaşması neft şirkətlərini işçilərini ixtisar etməyə məcbur edir. “BP-Azərbaycan” şirkətihələ  ötən il dekabrın əvvəlində heyətini 15 faiz azaldılacağını elan etmişdi və artıq bu işinə start verib.

Həmçinin  ARDNŞ-in 24 dekabr, 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar, 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilib. Uzun illər “Azərneftyağ” neft emalı zavodunun idarəetmə aparatında çalışmış bir neçə işçi Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlıya bildiriblər ki, artıq ixtisar xəbərdarlığı alıblar. Mirvari Qəhrəmanlı neftçilərin müraciəti barədə belə demişdi: “Mənə dedilər ki, iki ay əvvəl onlara 389 nəfərin ixtisar olunacağı bildirilib. O zaman idarə aparatında çalışanların adları çəkilmirdi. Ancaq indi deyirlər ki, siyahıda idarə aparatında işləyənlər də var. Kim Bakı Neft Emalı Zavoduna az maaşla aşağı vəzifədə işləməyə razılaşsa, o qalacaq. Kim razılaşmasa, bu başdan başına çarə qılsın. İşçilərsə deyirlər kim razı olar ki, burada şöbə müdiri işləyəndən sonra gedib orada yer süpürsün?»

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
214

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
235

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
202

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
515
Şərhlər
Məhərrəm Quliyev. tərəfindən 21-02-2015 08:40:51 tarixində yazıldı
Neftin ucuzlaşmasını bəhanə gətirirlər.
Neftin ucuzlaşmasını bəhanə gətirirlər.Ondansa,müəssisədə fantastik maaşlar alanların əmək haqlarını tənzimləməklə və bəzi xərcləri (məsələn:yeməkxana və təchizat xərcləri və sair) azaltmaq yolu ilə nail olmaq olar.Müəssisənin faktiki rəhbəri İslam Ovçuyev(Zakir Qaralovun yaxın qohumu) öz xeyrindən çətin ki, əl çəkə.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 21:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru