Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2015
10:35
“Neftçi” – “Qarabağ” oyununda da qarşıdurma yaşandı - FOTO-VİDEO

Dünən Premyer Liqanın XXIII turu çərçivəsində paytaxtda “Neftçi” ilə “Qarabağ” komandaları üz üzə gəlib.

Matç bitdikdən sonra azarkeşlər arasında dava düşüb. “Neftçi” azarkeşlərinin “Qarabağ” azarkeşlərinə daş atması nəticəsində 2 azarkeş yaralanıb. Bir neçə “Neftçi” azarkeşi isə polis tərəfindən saxlanılıb. Qalmaqal polislər tərəfindən sakitləşdirilib.

“Qarabağ” azarkeşlərinin sözlərinə görə, hadisə “Neftçi” azarkeşlərinin ucbatından baş verib: "Bizlik heç nə yoxdur. Komandamız 1-0 layiqli qələbə qazandı. Görünən budur ki, “Neftçi” azarkeşləri bunu sindirə bilməyiblər. Onlar qabaqcadan hazır gəlibmişlər. Çünki əllərində qalın çubuqlar, taxtalar var idi. Bəziləri daş atırdılar. Bizdən iki nəfərə daş dəydi. Birinin gözü şişib, digərinin sinəsi..."

Polis qüvvələri vəziyyətə nəzarət ediblər. Azarkeşləri qarşıdurma çox böyümədən ayıra biliblər. Onların stadionu təhlükəsiz şəkildə tərk etmələri üçün şərait yaradıblar.

Saytın əldə etdiyi məlumatlara görə, “Neftçi” azarkeşləri yolu zibil qutuları vasitəsi ilə bağlamağa cəhd ediblər. Amma polis qüvvələri onların qarşısını alıb.

Hadisə yerində saytın əməkdaşı da olub. Onun çəkdiyi eksklüziv foto və videoları təqdim edirik:

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
230

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
223

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
316

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
302

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
298

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 21:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru