Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2015
22:23
Neft Şirkətinin daha 50 işçisi işsiz qaldı
Mirvari Qəhrəmanlı: "Onların əksəriyyəti gənc kadrlardır"

“İndiyədək “Azərneftyağ” neft emalı zavodu və Neft Emalı Zavodunun layihə konstruktor şöbəsi fəaliyyət göstərib. Lakin “Azərneftyağ” zavodu Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna birləşdirilsə də bu şöbə “Neftqazelmitədqiqatlayihə” institunun tabeliyinə verildi. Beləliklə də şöbələrin onlarla işçisi  kənarda qaldı”.

Bunu açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, şöbələrdə rəis, rəis müavinləri də daxil olmaqla işçilərə bildirişlər paylanıb: “50-dən çox işçi ixtisara salınacaq ki, onların da əksəriyyəti gənc kadrlardır. İnstitutun tərkibinə verilən şöbədə cəmi 5-6 nəfər işçi saxlanacaq. Bu işçilər isə imtahan yolu ilə seçiləcəklər”.

Dövlət Neft Şirkəti (ARDNŞ) də zavodların birləşdirilməsi ilə bağlı məlumat yayıb. Xəbərdə deyilir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yeni ştat cədvəli Əmək Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq tərtib edilib. Bu ştatların əmək funksiyalarının icrası üçün tələb olunan daha yüksək peşəkarlıq səviyyəsinə malik işçilərdən komplektləşdirilməsi məqsədi ilə hər iki zavodun əməkçiləri işlədikləri vəzifə və peşələr üzrə İnsan Resursları Departamentində keçiriləcək test imtahanlarında iştirak edəcəklər. İmtahanlarda başqalarına nisbətən yüksək bal toplamış işçilər yeni strukturda yerləşdiriləcəklər.

Şirkətdən verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilər test imtahanında iştirak etmədən qanunvericiliyin tələbləri gözlənilməklə yeni strukturda birbaşa yerləşdiriləcəklər.

Peşəkarlıq səviyyəsinin yoxlanılması imtahanlarında nisbətən az bal toplayaraq sərbəstləşəcək işçilərə ARDNŞ-in 17.01.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” proqrama qoşulmaq üçün imkan yaradılacaq. Bir illik proqram çərçivəsində onların əmək haqlarının 50 faizi və tibbi sığorta güzəştləri, eyni zamanda şirkətin digər strukturlarında ixtisas və iş təcrübələrinə uyğun vakansiya yaranarsa, işlə təmin olunmaq hüquqları saxlanılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
719
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 00:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru