Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2015
13:07
“Neftin qiymətinin aşağı düşməsi siyasi mahiyyət daşıyır”
Mayis Güləliyev: “Bu halda da ARDNŞ ziyan etmir, sadəcə, daha az qazanc əldə edir”

Son zamanlar dünyada neft qiymətlərində kəskin ucuzlaşmanın olduğunu və bu günlərdə bir qədər bahalaşmanın varlığını müşahidə edirik. Bazar qanunlarına diqqət etsək görərik ki, adətən bu cür strateji məhsulların qiyməti münaqişələr baş verərkən enir və ya qalxır. Amma neftin qiymətinin düşməsi və qalxması zamanında hər hansı bir münaqişənin yaşandığını görmədik. Yəni mövcud münaqişələr qiymətlər enəndə də var idi, indi də. Bəs qiymətlərin bu cür dəyişməsinin səbəbi nədir? 

FaktXəbər-in sualını cavablandıran politoloq Mayis Güləliyev bildirdi ki, neftin qiymətinin dəyişməsi münaqişələrin səbəbi yox, nəticəsi ola bilər: “Adətən belə də olur. Son bir neçə ayda neftin qiymətinin sürətlə aşağı düşməsi daha çox siyasi mahiyyət daşıyır. Çünki dünya bazarında neftə olan ehtiyac azalmayıb və istehlak həcmi saxlanılıb. İstehsal və istehlak arasındakı tarazlıq dəyişmədiyi halda qiymət dəyişməsi baş verirsə bu o deməkdir ki, qiymət dəyişməsi iqtisadi qanunlarla deyil, siyasi və ya monopolist təzyiqlərlə baş verir. Beləliklə, tam əminliklə demək olar ki, neftin qiymətinin aşağı düşməsi daha çox dünyada maliyyə təmərküzləşməsi prosesinin nəticəsidir. Görünən tərəf ondan ibarətdir ki, neftin qiymətinin aşağı salınması vasitəsilə ABŞ-la yaxşı münasibəti olmayan ölkələrə, o cümlədən Rusiya və digər neft istehsal edən ölkələrə təsirlər göstərilsin.”

Qeyd edək ki, ARDNŞ ötən ilə olan zərərlərini açıqlayıb və bu rəqəmin 1.6 milyard AZN olduğunu bildirib. “Bəs mövcud qiymətlərdə Azərbaycanın 2015-ci il üçün itkiləri necə olacaq” sualını cavablandıran M.Güləliyev bildirdi ki, ARDNŞ-in ixrac etdiyi neft və neft məhsullarının qiymətində ciddi enmə olduğundan gələn gəlirlərin həcminə də ciddi təsirlər var: “Nə qədər ziyan olduğunu yox, nə qədər az qazanıldığını hesablamaq mümkündür. Əgər bazarda hər hansı bir əmtəə maya dəyərindən aşağı satılarsa, onda deyirlər ki, zərər olub. Əgər maya dəyərindən yüksəyə satılırsa, lakin əvvəlki qədər gəlir gəlmirsə, onda demirlər ki, ziyan olub. Bu halda da ARDNŞ ziyan etmir, sadəcə, daha az qazanc əldə edir. Bu təbiidir.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
320

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
292

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
404

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
382

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
408

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
443
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 13:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru