Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2015
10:02
OPEC proqnozu dəyişdi: Azərbaycanın nefti azalacaq, pulu çoxalacaq

Neft ixrac edən ölkələrin təşkilatı OPEC 2015-ci ildə dünyada neftə tələbata və bu təşkilata daxil olmayan hasilatçı ölkələrdə neft hasilatına dair proqnozlarını dəyişdirib. 

Təşkilat bu il dünyada neftə olan tələbatın artacağını, eyni zamnda OPEC-ə daxil olmayan ölkələrdə, o cüzmlədən Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır.

Beləliklə, paradoksal görünsə də Azərbaycanda neft hasilatının azalması iqtisadi baxımdan xeyli sərfəli olacaq, çünki OPEC-in proqnozu və bu təşkilata üzv olmayan ölkələrdə hasilatın azalması dünya bazarlarında neftin qiymətlərinin yenidən artmasına ciddi təsir edəcək. Nəticədə Azərbaycanın neftdən əldə etdiyi gəlirlər artacaq. Artıq proznoz açıqlan kimi dünya birjalarında son günlər yenidən bahalaşmaqda olan neftin qiyməti 1.7-2 faiz arasında artıb.

OPEC-in proqnozuna görə bu il dünyada neftə olan tələbat 92.32 milyon barrel təşkil edəcək. Bu da əvvəlki proqnozdan 20 min barrel çoxdur. Təşkilat proqnozlaşdırır ki, bu il OPEC-ə daxil olmayan ölkələrdən Rusiyada gündəlik neft hasilatı 60 min barrel azalacaq. Həmçinin Azərbaycan, Qazaxıstan və OPEC-ə daxil olmayan digər ölkələrdə də neft hasilatı azalacaq. Təşkilat bu il üçün neftə dair proqnozlarını dəyişərkən son vaxtlar müşahidə olunan tendensiyaları nəzərə alıb.

Belə ki, dünya bazarlarında neftin kəskin ucuzlaşmasına görə iri neft şirkətləri-BP, “Chevron” və digərləri 2015-ci il üçün əsaslı xərclərini ciddi ölçülərdə azaltmağa qərar veriblər və bəzi investisiya layihələrini təxirə salıblar. Həmçinin neftin ucuzlaşmasına görə ABŞ-da nisbətən baha başa gələnb şist nefti hasilatı kəskin azalıb. Birləmiş Ştatlarda şist nefti hasil edən buruqların bir hissəsi fəaliyyətini dayandırıb və gündəlik hasilat 130 min barrel aşağı düşüb. Bu tendensiyaları nəzərə alaraq OPEC bu il ərzində gündəlik neft hasilatının 400 min barrel azalacağını proqnozlaşdırır.

Bundan əvvəl Beynəlxalq Enerji Agentliyi də 2015-ci il ərzində neft hasilatının azalacağı, tələbin isə artacağını proqnozlaşdırmışdı. Beləliklə, neftin qiymətlərində ötən ilin sonlarından başlayan və səbəbləri xeyli ölçüdə müəmmalı qalan kəskin enmə dövrünün arxada qaldığını demək olar. Son günlər neftin qiymətlərinin 10 dollardan çox artması da bunu təsdiq edir. Neftin kəskin ucuzlaşması Azərbaycanın da gəlirlərinə ciddi təsir edirdi və hökumət bu səbəbdən bir sıra iri layihələri təxirə salmağa hazırlaşırdı.

Lakin ən ciddi narahatçılıq doğuran o idi ki, neftin kəskin ucuzlaşması Azərbaycanın “Şahdəniz” qaz yatağının ikinci fazasında hasilat işlərini və qazın Avropaya nəqlini kommersiya baxımdan ziyanlı layihəyə çevirə bilərdi. Çünki hasilata və qazın Avropaya çatdırılmasına cəmi 45 milyard dollar investisiya qoyulmalıdır. Bu investisiya əsaslandırılarkən neftin qiyməti ən azı 60 dollardan götürülüb. Bundan aşağı rəqəm nəhəng investisiyaları riskə ata bilərdi. Prezident İlham Əliyev Münhen təhlükəsizlik konfransında çıxışı zamanı ilk dəfə neftin ucuzlaşmasının Cənub qaz dəhlizi layihəsinin kommersiya cəlbediciliyini azaltdığını bəyan edib. Lakin prezident riskə baxmayaraq layihənin həyata keçirilməli olduğunu deyib. İndi neftin qiymətində yeni yüksəlilş dövrü başlayıb və belə görünür ki, qiymətin 25 dollara belə enə biləcəyinə dair pessimist proqnozlar aktuallığını itirib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
231

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
223

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
316

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
302

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
298

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 21:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru