Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2015
13:00
Neft gəlirimiz azalır - MÜNASİBƏT
İlham Şaban: "Azərbaycan barelə bir dollar itirsə, bu, günə 700 min dollar edir"

Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın dövlət büdcəsinə yenidən baxmasına səbəb ola bilər.

Bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

O, deyib ki, bu il üçün neftin büdcədə orta ixrac qiyməti 90 dollar hesablanlıb. 2015-ci ildə neftin ortaq qiymət 60 dollardan çox olmayacaq. Çünki ilin birinci ayı 50 dollardan aşağı olub: "Mən bir neçə rəqəm demək istəyirəm. Əgər qiymət 60 dollar olduğu təqdirdə neft sektorundan ancaq vergilərdən büdcəyə daxil olmalar 600 milyon manatdan (2014-cü ildə neft sektorunun vergi öhdəliyi 2,3 milyard manat olub) aşağı olacaq.

Dövlət Neft Fondu isə 2014-cü illə müqayisədə təqribən 5,5 milyard dollaradək (2014-cü ildə Neft Fondunun gəlirləri 15 milyard dollara yaxın olub) proqnozdan aşağı gəlir götürəcək."

O, neftin qiymətinin aşağı düşməsindən Azərbaycanın ziyanlarına da toxunub: "Rusiyanın maliyyə nazirliyi açıqlayıb ki, sanksiyalar və neftin ucuzlaşmasından Rusiyaya təqribən 200 milyard dollar ziyan dəyib. Ancaq, Azərbaycanda müvafiq qurumlar bununla bağlı heç bir rəqəm göstərməyib. Neftin qiyməti 2013-cü ildə 109 dollar olmuşdusa, 2014-cü ildə bu 101 dollara düşüb. Azərbaycanın ziyanının nə qədər olduğu barədə bir rəqəm açıqlanmadı."

Ümumiyyətlə, Azərbaycan təqribən yanvarda orta hesabla sutkada 700 min barel neft ixrac edib. Buna gündəlik baxsaq, - hər gün qiymətlər bur-iki dollar dəyişir, - hər gün bir dollar itirdikdə 700 min dollar edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
239

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
191

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
267

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
282

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
237

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
508
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 23:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru