Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2015
20:31
Bu gün daha 15 neftçi işdən çıxarıldı

ASCO xarici neft şirkəti bu gün daha 15 əməkdaşını işdən kənarlaşdırıb.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, işçilərlə bağlanmış əmək müqaviləsinin müddəti başa çatıb: “İşçilərlə bir illik əmək müqaviləsi bağlanmışdı. Baxmayaraq ki, şirkət ötən il əmək müqaviləsinin müddətinin uzadılacağını bildirmişdi. İşdən çıxanlara kompensasiya verilmir”.

M.Qəhrəmanlı qeyd etdi ki, işdən çıxarılanlar təşkilata müraciət ediblər: “Neftçilər bildirir ki, 2013-cü ildə ASCO sirkətində işə qəbul olunublar. Bəziləri dənizdə çalışıb. Yanvarın 30-da da işdən çıxarılıblar”.

İşçilər işə qəbul olunurkən əmək müqavilələrinin hər il uzadılacağına dair vəd verildiyini iddia edirlər: “Onlar  “BP-Azerbaijan” şirkətinin platformada yeni açılmış işində çalışdırılmalı idilər. Ancaq bir ildən sonra həmin iş yerləri ləğv olunub”.

Təşkilat sədri Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” institutunda da işçilərlə 3 aylıq müvəqqəti müqavilə bağlandığı ilə bağlı müraciətlərin daxil olduğunu dedi: “Bu fakt “Bahar Energy” şirkətində də qeydə alınıb. Müvəqqəti əmək müqavilələri işdən çıxarmalar üçün bəhanədir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
244

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
191

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
267

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
282

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
242

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
513
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 00:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru