Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2015
13:30
“Neftin ucuzlaşmasına görə 3 milyard dollar itirəcəyik...”

Azərbaycan Dövlət Neft Fondu (DNF) aktivlərinin 500 milyon dollarını Çin valyutasına-yuana yatırır.

Bu barədə Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov Davos Forumunda iştirakı zamanı “Bloomberg” agentliyinə açıqlamasında deyib.

Ş.Mövsümov deyib ki, fond həmçinin aktivlərinin bir hissəsini Asiya ölkələrində daşınmaz əmlaka yatıracaq. Məqsəd fondun portfelinin diversifikasiya olunmasıdır.

“Ötən ilin sonlarınd biz yuana nə qədər investisiya yatırmaq barədə kvotanı müəyyən etdik. Hazırda zəruri sənədlər hazırlanır və bu il biz 500 milyon dolları yuana yatıracaq” - deyə Mövsümov bildirib.

DNF prezidenti deyib ki, Azərbaycanın neft pullarının bir qismini də Yaponiya, Honkonq, Sinqapur və Çin kimi Asiya ölkələrində daşınmaz əmlaka yatırmağı planlaşdırır: “Biz hazırda əlimizdə olan aşağı gəlirli istiqrazları əvəzləmək üçün olduqca sadə aktivlər axtarırıq”.

Şahmar Mövsümov onu da deyib ki, hazırda Rusiya rublunun dəyərdən düşməsinə baxmayaraq fond rublla saxlanılan aktivlərini dəyişdirməyəcək: “Biz rublda invstisiyalarımızı saxlayacağıq. “Vneştorqbank”a yatırdığımız investisiya çox uzunmüddətli və strateji mahiyyət daşıyır. Biz hesab edirik ki, “Vneştorqbank”da qalmalıyıq, bu, Rusiyanın ən iri banklarından biridir”.

Ş.Mövsümovun fikrincə, neftin qiymətləri ilin ikinci yarısında sabitləşəcək və əvvəlki mövqelərini bərpa edəcək. Onun sözlərinə görə, neftin bu cür kəskin ucuzlaşmasını heç kim gözləmirdi.

Ş.Mövsümovun sözlərinə görə, neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin təxminən 3 milyard dollar azalmasına səbəb olacaq. O, əlavə edib ki, fondda cəmləşmiş vəsaitlər Azərbaycana çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək.

“Biz öz valyutamızı qoruya bilərik. Xərcləri azaltsaq da biz bunu iqtisadiyyatın real sektoruna zərər vurmadan, nəzarət olunan formada həyata keçiririk” - deyə Ş.Mövsümov bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
221

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
559

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
250

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
277

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
293

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
530
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 00:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru