Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Yanvar

2015
19:28
`Bilderberg` mason təşkilatının 2015 toplantısının yeri bəlli oldu - FOTO

Bilderberg Qrupunun 2015-ci ildə keçiriləcək illik konfransı üçün yer təsdiq edilib. Böyük siyasətçilər, bank rəhbərləri və dünyada ən böyük şirkətlərin bəzi başçıları, tanınmış Qərb mediasının böyüklərinin iştirak etdiyi sammit Avstriyada yerləşən "Interalpen-Hotel Tyrolda" dəbdəbəli hotel və konfrans mərkəzində keçiriləcək.

"Interalpen-Hotel Tyrol" hoteli 5 ulduzludur. Hotel dağ meşələri və Seefeld xizək kurortunun əhatəsində yerləşir. O həm də İnsbruk aeroportuna yaxındır. Hotel alman əsilli milyarder Liebherr ailəsinə məxsusdur.

Qeyd edək ki, Bilderberg Qrupu 130 üzvündən ibarət qeyri-rəsmi toplantısı hər il keçirilir. Bu qrupun üzvlərinin əksəriyyəti siyasət aləminin tanınmış simaları, biznes və bank rəhbərləri, Qərb mediasının əsas simalarıdır. 

Klubun ümumi üzvlərinin sayı 383 nəfərdir. Onlardan 128 nəfəri, yaxud 1/3-i amerikalılardan, qalanları isə Avropa və Asiyadan (Yaponiya, Koreya, Sinqapur, Tayvan, Honkonq və sair) ibarətdir. 

“Britanniya” ensiklopediyasının bildirdiyinə görə, konfrans qeyri-rəsmi rahat vəziyyət yaradır. Mili siyasət və beynəlxalq işlərə təsir göstərən şəxslər bir birləri ilə daha yaxından tanış ola və məsuliyyət daşımadan ümumi problemləri müzakirə edə bilərlər. Hər bir konfransdan sonra görüşlər barədə qeyri-rəsmi hesabat  hazırlanır, bu sənəd ancaq keçmiş və indiki iştirakçılar arasında yayılır. Hesabatda məruzəçilər ancaq öz ölkələri üzrə göstərilir. Beynəlxalq təşkilat komitəsi hər il adətən müxtəlif nümayəndələr seçir.

Konfransa giriş şəxsi dəvətnamə ilədir. Qurultayın günü qeyd olunmur. İclasların təşkili və iştirakçıların təhlükəsizliyini bilderberqlərin toplandığı ölkə təmin edir. 

1954-cü ilin may ayında Hollandiyanın Osterberk şəhərində «Bilderberg» otelində ilk dəfə iclas keçirildiyi üçün həmin şəxslər bilderberqlər adlanır. Tam məxfiliyinə baxmayaraq, bilderberqlərin bütün görüşləri  dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Aralarında prezident, kral, şahzadə, kansler, baş nazir, səfir, bankir, böyük müəssisələrin rəhbərləri kimi böyük şəxslərin bir yerə girişini gizlətmək mümkün deyil. Özü də onların hər biri çoxsaylı katibələr, aşpazlar, ofisiantlar, telefonçular və cangüdənlərin müşayiəti ilə gəlir. “Bilderberg” klubunun mənzil qərargahı  Nyu-Yorkda, Karnegi fondunun müəssisəsində yerləşir. Bununla belə, keçirilən iclas barədə ictimaiyyət, ancaq toplantı bitdikdən sonra məlumat ala bilirlər. Görüşdə yad mətbuatın iştirakı qadağandır. Keçirilən görüşlər, müzakirə olunan məsələlər və verilən qərarlar dərc olunmur. Qrupun iclasında nəyi isə yazmaq qadağandır: mətbuat üçün açıqlama vermək və görüşdə olan diskussiyaların məzmunu barədə bəyanat vermək yasaqdır.

Xatırladaq ki, "Bilderberg" Qrupunun 2014 toplantısı Kopenhagendə yerləşən "Marriot" otelində keçirilmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
181

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
564
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 02:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru