Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2015
17:54
ABŞ-a göndərilən 1 milyon barrel Azərbaycan nefti tankerdə saxlanılır

FaktrXəbər-in məlumatına görə, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra treyderlərin maraqlı taktikaya əl atması haqda virtualaz.org “Röyter” agentliyinə istinadən yazmışdı. Bildirilirdi ki, bir sıra iri neft treyderləri əllərində olan nefti indiki aşağı qiymətə satmaqdansa onları uzun müddətə kirayələdikləri tankerlərdə açıq dənizdə saxlamağı və qiymət qalxanda bazara çıxarmağı üstün tuturlar.

Dənizçilik tematikası üzrə ixtisaslaşmış “The Maritime Executive” portalı bu taktika haqda daha geniş yazıb və məlum olur ki, hazırda 1 milyon barrel Azərbaycan nefti ilə yüklənmiş tanker də dənizdə qiymətin qalxmasını gözləyir.

Bildirilir ki, Qərbi Afrikadan ABŞ-a neft yola salan treyderlər qiymətlərin qalxmasını gözləyirlər və əllərindəki nefti kirayələdikləri tankerlərdə saxlayırlar. Hazırda İsveçrənin “Glencore”, İtaliyanın ENİ və Kanadanın “Suncor” şirkəti ən azı 10 milyon barrel nefti tankerlərdə saxlamaqdadır. Məlumata görə 1 milyon barrel Azərbaycan nefti yüklənmiş “Nordic Freedom” tankeri də hazırda açıq dənizdə gözləməkdədir. Tanker bu nefti ABŞ-ın Men ştatının Portlend limanına çatdırmalıdır. Tanker bu həftənin əvvəlində Ceyhan limanından yola çıxıb. Tankerdəki neftin hansı treyder şirkətinə məxsus olduğu göstərilmir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
267

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
476

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
468
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 16:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru