Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2015
22:05
Neftin ucuzlaşması Azərbaycan üçün Rusiya qədər qorxulu deyil
“Alman dalğası” rus redaksiyası neftin qiyməti ilə bağlı analitik material dərc edib

“Deutsche Welle”nin (“Alman dalğası”) rus redaksiyası “Neftin qiymətdən düşməsi Azərbaycan üçün Rusiya üçün olduğu qədər qorxulu deyil” sərlövhəli analitik material dərc edib. Materialda deyilir ki, neftin qiymətlərinin aşağı düşməsi Azərbaycanda təlaş yaratmır. Əsas ixrac məhsulu az qala iki dəfə ucuzlaşan bu ölkə ucuz qiymətlər şəraitində uzun müddət yaşaya bilər. Neft bazarlarından gündəlik məlumatlar Azərbaycanda əhvalı yüksəltməsə də, hər halda təlaş da yaratmır.

Müxtəlif valyutaların neftin qiymətlərinin ucuzlaşmasına reaksiyasının təhlil olunduğu məqalədə bildirilir ki, Rusiya rublu 2004-cü ildə dollara nisbətdə dəyərinin 40 faizini itirib. Rubl ucuzlaşmağa davam edərək, inflyasiyanı sürətləndirir. Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru və idarə heyətinin üzvü Florian Şreder hesab edir ki, Azərbaycan manatı öz dəyərini faktiki olaraq nəinki saxlayır, hətta dollara nisbətdə möhkəmləndirir. Məzənnənin düşməsi üçün elə bir səbəb görməyən F.Şreder deyib: “Hətta devalvasiya olsa da, zənnimcə, yüngül olacaq”.

Azərbaycanda vəziyyət Rusiyadakından əsaslı şəkildə fərqlənir. Rusiyada rublun qiymətdən düşməsinin əsas səbəblərindən biri kapital axını və xarici investorların çıxıb getməsidir. F.Şreder deyib: “Azərbaycanda buna bənzər vəziyyət müşahidə olunmur”.

Daha sonra məqalədə deyilir ki, Bakı bu gün də yetərincə yüksək iqtisadi göstəricilər nümayiş etdirir. Bu, 2000-ci illərin ortalarında müşahidə olunan 20 faizlik sıçrayış deyil. Dünya Bankının hesablamalarına görə, 2015-ci ildə ümumi daxili məhsulun artım proqnozu 4,3 faizdir. Azərbaycan iqtisadiyyatının xarici şoklardan müdafiə olunması onun fərqləndirici xüsusiyyətidir.

Almaniya Ticarət Sənaye Palataları Federal Birliyinin Şərqi Avropa şöbəsinin başçısı Tobias Bauman deyib: “Qiymətlərin aşağı düşməsi Azərbaycanı yeni irimiqyaslı layihələrə hazırlığın ən qızğın çağında yaxalayıb. Heç kəs bu layihələri dayandırmaq niyyətində deyil. Bəlkə də buna görə Almaniya şirkətləri Azərbaycanda heç bir böhranlı vəziyyət görmür.

Almaniya ekspertləri hesab edir ki, hətta ən bədbin ssenaridə Azərbaycan öz makroiqtisadi sabitliyinə görə ciddi narahatlıq keçirməyə bilər. L.Şreder fikrini belə yekunlaşdırıb: “Azərbaycan adambaşına düşən borcun səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Həm Neft Fondunda, həm də Mərkəzi Bankda ehtiyatlar var. Mən mövcud rəqəmləri interpretasiya edərək bildirirəm ki, bugünkü şərtləri əsas götürsək belə, neftin bir barelinin 50 dollar olacağı təqdirdə də ölkə hələ 10 il davam gətirə bilər”./azərtac

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
214

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
230

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
202

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 20:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru