Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2015
10:30
Neft hansı naziri vuracaq?

Dünya bazarında neftin qiymətindəki düşüş neft hasilatından asılı olan dövlətlər üçün ciddi təhlükələr yaradır. 

“Azadlıq” qəzeti xəbər verir ki, Azərbaycan da bu baxımdan istina deyil. Çünki Azərbaycanın dövlət büdcəsinin 70 faizdən çoxu məhz neft gəlirlərindən asılıdır. Bura Neft Fondundan edilən transfertləri də aid etsək, dəhşətli mənzərə yaranacaq.

Artıq Neft Fondunun rəsmiləri dünya bazarında neftin qiymətindəki düşüşlə əlaqədər bəyanatla çıxış ediblər ki, bir sıra xərcləri dayandıracaqlar. Büdcədən xərclərindən ən çox pay götürən Nəqliyyat Nazirliydir. Hər il məhz investisiya xərclərinin böyük hissəsi məhz bu nazirliyin sərəncamına verilir. Bəs neftin qiymətindəki düşüş 2015-ci ildəki büdcə xərclərinə necə təsir edəcək? 

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, dövlət büdcəsində bəzi xərclər digərlərinə nisbətən bir neçə dəfə artırılıb. Bu xərclərə investisiya xərclərinin aid edildiyini deyən M.Talıblı vurğuladı ki, investisiya layihələri büdcədə ən çox vəsait alan istiqamət hesab olunur: “Büdcənin otuz dörd faizi investisiya xərclərinə sərf olunur. Bundan başqa, əlavə bir neçə istiqamətdə də iri vəsaitlər ayrılır. Bu xərc istiqamətləri əsasən Azərbaycana gələn neft gəlirlərinə arxayın olaraq müəyyənləşmişdi. Amma bu gəlir hissəsində əhmiyyətli azalma yaşanacaqsa, bu o deməkdir ki, ən azı may ayında büdcəyə yenidən baxılmalı və bəzi xərc maddələri ixtisara salınmalıdır”.

Büdcə xərclərindən bir neçə istiqamətin təxirə salına biləcəyini deyən M.Talıblı bildirdi ki, bu sırada ilk növbədə investisiya xərcləri gəlir. M.Talıblının sözlərinə görə, o da istisna olunmur ki, büdcə xərclərində nəzərdə tutulan layihələr həyata keçirilə bilər. Lakin bunun üçün gərək olan vəsait borca girilərək qarşılanacaq: “Ancaq srtateji xərclər istisna olmaqla digər xərclərdə düzəliş etmək olar. Hərbi və səhiyyə xərcləri strateji istiqamət sayılır. Sosial müavinətlərin verilməsi, məvaciblər də müdafiə olunan xərclər siyahısına daxildir. Amma sənaye, tikinti, investisiya layihələri ilə bağlı layihələrin bəziləri dayandırıla bilər. Ancaq hökumət bücdə öhdəliklərini yerinə yetirmək üçün borclanmaya girərək, neft sektoruna dəyən zərəri qarşılaya bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
290

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
481
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 18:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru