Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2014
23:19
Bakıda avtobus sürücüsü ilə sərnişinlərin davası - YENİ VİDEO

Bu gün 18 nömrəli marşrut avtobusunun sürücüsü ilə sərnişinlər arasında mübahisə düşüb.

Son dayanacağı "Mərkəzi Univermaq"ın yanı olan avtobus, "İçərişəhər" metrostansiyasına çatmamış tıxac səbəbindən geri qayıtmağa qərara alıb. Sərnişinlərin avtobusdan düşməsini tələb edən sürücü ilə sərnişinlər arasında mübahisə başlayıb.

Sürücü ona vaxt qoyulduğunu, tıxac səbəbindən gecikdiyini və buna görə də "Mərkəzi Univermaq"a gedə bilməyəcəyini bildirib.

"Bura son dayanacaqdır. "Mərkəzi Univermaq"ın yanına getmirəm. Gedin hara şikayət edirsiniz edin. Hara istəyirsiniz zəng edin. Gedin Nəqliyyat Nazirliyinə şikayət edin."

Sürücünün bu sözlərindən sonra daha da əsəbiləşən sərnişinlər avtobusdan düşməkdən imtina edərək avtobusu Nəqliyyat Nazirliyinin qarşısına sürməyi tələb ediblər. 


Bizimyol.info
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
214

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
519
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 19:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru