Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2014
10:56
`Azərbaycanda bir adam neftin qiymətinin düşməsini hiss edibmi?`

“İndi neftin qiyməti çox aşağı düşübdür. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcəkdir. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var”. Bunu Prezident İlham Əliyev dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində keçirilən ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var: “İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan doğrudan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır: “Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir”. /trend/

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
450

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
387

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
357
Şərhlər
leyla hacizade tərəfindən 17-12-2014 07:30:30 tarixində yazıldı
ncnc
neft qalxan kimi herseyi qaldirirlar dusende hamisi kar kor olur haramlari olsun . indi qiymet tezeden duzelendede qaldirarsizki neftin qiymeti yene qalxdi burnunuzdan gelsin .
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 01:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru