Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2014
15:33
Neftin qiyməti minimum hansı həddə qədər düşəcək?

Son beş ildə ilk dəfə olaraq, Londonun ICE birjasında Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşüb.

Hazırda Brent markalı neftin bir barelinin qiyməti 59,53 dollara bərabərdir.

2009-cu ildə neftin qiyməti ən aşağı hədd kimi 35 dollara qədər azalmışdı.

Neftin qiyməti yaxın zamanlarda minimum hansı həddə qədər düşəcək? Oxu.Az bu məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın proqnozunu öyrənib.

Ekspertin sözlərinə görə, neftin maksimum qiyməti iyunda müşahidə edilib - 114 dollar 13 sent.

“Heç bir beyin mərkəzi, heç bir bank, heç bir enerji agentliyi neftin bu qiymətini proqnozlaşdırmırdı. Amerikanın ən güclü enerji mənbələri ilin sonuna neftin qiymətini 65 dollar müəyyən etmişdilər. Ona görə də hansısa proqnoz vermək çətindir. Artıq neft öz dəyərini ilin ortasından 47 faiz itirib”, - deyə o bildirib. 

İlham Şabanın sözlərinə görə, neftin bu cür sürətlə ucuzlaşması cari həftədə Amerikada neft ehtiyatlarının artması ilə bağlı yayılan proqnozlarla bağlıdır, çünki ABŞ-da adətən 365 milyon barel həcmində ehtiyat olub. 

“ABŞ-da ehtiyatlar artaraq 385 milyon bareli ötür. Bunun nəticəsində 20 milyon barel əlavə ehtiyat yaranır. Bu da bazara öz təsirini göstərir. ABŞ-a gələn idxal azalır və o başqa bazarlara yönəlir. Başqa bazarlara yönələndə qiymət aşağı düşür”, - o qeyd edib. 

Ekspert əlavə edib ki, Rusiya, o cümlədən ərəb ölkələri “canfəşanlıqla” yazırdılar ki, neftin qiyməti, ümumiyyətlə, 70 dollardan aşağı düşə bilməz.

“Çünki bu zaman ABŞ-da şist nefti hasilatı edən şirkətlər bazardan çıxmağa başlayacaq. Ancaq biz bunu hələ də müşahidə etmirik. Hasilat azalmırsa və 9,5 milyon barellik hasilat göstəricisini saxlayıbsa, bunun da təxminən 3 milyonu şist neft hasilatıdırsa, o hasilat davam edir. Bu da bazara təsir etməkdə davam edir”, - o deyib. 

Mərkəz rəhbəri Rusiyada rublun dəyərsizləşməsi məsələsinə də toxunub. 

“İlin əvvəli ilə ilin sonunu müqayisə etsək, görərik ki, Rusiyada rubl öz dəyərini artıq 56 faiz itirib. Yəni, 1000 dollar qazanan Rusiya vətəndaşı ekvivalenti ilə artıq hesab edirik ki, 440 dollar qazanır. Rusiya elə bir ölkədir ki, orda hər şey rubl ilədir. Vəziyyət o yerə gəlib çatır ki, onlar idxal edəndə qiymətləri iki dəfə dəyişir”, - İlham Şabah deyib. 

Ekspertin fikrincə, faktiki olaraq ruslar 1998-ci ilin vəziyyətini yaşayırlar. 

“Həmin il rubl iki dəfə öz qiymətini itirdi və bununla da yuxarıdan hakimiyyətin dəyişilməsi baş verdi. 1998-ci ildən fərqli olaraq hazırda Rusiyada müvəqqəti dövr üçün valyuta ehtiyatları var. Amma hələ Rusiya elitası və Kremlin ümidləri o ehtiyatların xərclənməsinədir. Başqa bir ümid də odur ki, bu ili həmin ehtiyatların hesabına başa vursun və neftin qiyməti qalxsın”- deyə o vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
450

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
382

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 01:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru