Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2014
17:03
Dünyanın ən dəhşətli texnogen faciəsi - Bhopala hadisəsi (21+)
Məqalədə faciəvi şəkillər olduğu üçün həssas insanların fotolara baxması məsləhət deyil

FaktXəbər-in verdiyi məlumata görə, 72 saatda 8 min insanın həyatını itirdiyi Bhopala faciəsinin ildönümüdür.

1984-cü ilin dekabrın 2-dən 3-nə keçən gecə Hindistanda Amerikanın kimyəvi Union Carbide korporasiyasına məxsus zavodda  fövqəladə zəhərli  maddə olan  metilizosiantın  qəzalı tullantısı baş verir. Bu maddə  qismən yerə basdırılmış nəhəng rezervuarlarda saxlanılırdı. Onlardan  birinin çox qızması  belə bir faciə ilə nəticələnir (Bu maddənin qaynaması üçün 39 dərəcə kifayətdir). 42 ton zəhərli  par  900 min əhalisi olan Bhopalın üstünü örtür. Faciə nəticəsində on min insan zəhərlənmədən həlak olur, yüz minlərlə insan isə bu günə qədər xroniki xəstəlikdən əziyyət çəkir və bunu gələcək nəsillərə ötürür.

Faciə gecəsində zavoda yaxın rayonların əhalisi  iyrənc qoxu ilə əlaqədar yuxudan ayılırlar. Sonra onların gözləri acışmağa başlayır və bu, getdikcə güclənir. Bədbəxtlik bununla bitmir. İnsanlarda hava çatışmazlığı yaranır, bəziləri qusmağa başlayır. Nəticədə şəhərdə panika yaranır. On minlərlə insan yoluxmuş qəsəbəni tərk etməyə çalışırlar.

Hadisə şahidlərindən olan Xazira Bi həmin faciəni belə xatırlayır: «İnsanlar yerə yıxılırdılar, onların ağızlarından köpük gəlirdi. Bir çoxları gözlərini aça bilmirdi. Mən gecə yarısı yuxudan  ayıldım. İnsanlar küçələrə səpənlənmişdilər. Bir çoxlarının əynində ancaq gecə paltarı var idi…»

Qorxmuş kütlə  xilas olmaq üçün şəhərdə ora-bura qaçırdılar. Nəticədə daha çox zəhərli qaz udurdular.

Şəhərdə həmin vaxt polis vəzifəsində olan  Mark Tali isə faciə gününü belə xatırlayır: «Şəhərin əsas xəstəxanası dolub daşırdı. Yeni-yeni xəstələr gətirilirdi. Küçələrdə insan meyidlərindən əlavə  pişiklərin, itlərin, inək və quşların cəsədləri ilə dolu idi. Şəhər morqu isə dəhşətli dərəcədə surətlə dolurdu… Səhər açıldı, gözlərimizin qarşısında faciənin daha aydın təsviri canlandı. Mən və həmkarlarım  cəsədləri toplayırdıq. Hər yer meyidlə dolu idi. Aman Allah, bu nədi? Nə baş verib? Sözün həqiqi mənasında keyimişdik, nə baş verdiyini anlamırdıq. Ölü sayı sürətlə artırdı. İlk 72 saatda 8 min insan həyatını itirdi, sonrakı aylarda da minlərlə insan öldü».

FaktXəbər-in verdiyi məlumata görə, Bhopala da bu gün də  anomal dərəcə çox sayda uşaq anadangəlmə deffektlərlə doğulur. Ətraf mühitin mühafizəçidəri buna səbəb kimi ərazidə torpaq və suyun əvvəlki kimi zəhərli olmasında görürlər. Qəza qurbanlarına yardımla məşğul olan xeyriyyə təşkilatları deffektlərlə doğulan uşaqların sayının, həmçinin xərçəng və digər xəstəliklərə yoluxmanın anomal sayı barədə dəfələrlə hesabat dərc ediblər. Lakin hökumət bu iddiaları rədd edir.

Yalnız dəhşətli faciədən 25 il keçdikdən sonra  8 nəfər – Union Carbide kompaniyasının sabiq rəhbərləri, o cümlədən qəza zamanı amerika kompaniyasının Hindistan bölməsinin rəhbəri hindistanlı biznesmen Keşub Mahindra  ehtiyatsızlıq  üzündən ölümdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Ancaq əsas təqsirləndirilən şəxs Union Carbide idarəsinin sədri Uorren Anderson  həbsdən sonra girov müqabilində buraxılmış, sonra isə Hindistandan qaçmışdır. O, rəsmi olaraq «ədalətdən qaçan»  elan edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
125

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
150

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
145

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

22

İyun
10:32
MƏNƏVİYYAT
465

Azərbaycanda toylara icazə verildi

22

İyun
10:20
ÖLKƏ
833
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 15:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru