Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2014
10:08
Neft ucuzlaşdığı halda ərzaq bazarımız niyə od tutub yanır?

Neftin qiymətinin fəlakətli enişi davam etməkdədir. Dekabr 1-ə olan məlumata görə, Nyu-York birjasında «West Texas Intermediate» (WTI) neftnin qiyməti 2,46% dəyər itirərək 1 barrel üçün 64, 52 dollara düşüb.Eyni gündə Londonda «Brent» nefti də kəskin ucuzlaşaraq barrel üzrə 68 dollar 28 sentə düşüb. Proqnozlar neftin qiymətinin hələ bundan sonra da enəcəyini göstərir. Bu fonda artıq dünyada bir sıra məhsulların maya dəyərində də azalmalar var. Hansı ki, həmin məhsullardan ölkəmizə də idxal edilir. Ancaq maraqlısı budur ki, idxal olunan məhsulların ölkəmizdə pərakəndə satış qiymətində ciddi enmə yoxdur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, neftin qiymətindəki azalmalar fonunda Azərbaycana daxil olan bir çox məhsulların maya dəyərində azalmalar baş verməli idi: "Düzdür, Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, müəyyən idxal məhsullarının qiymətində 5% azalma baş verib. Bu, avronun, rublun və neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. Həqiqətən də idxal olunan məhsulların qiymətində azalmalar mövcuddur. Lakin Azərbaycanda bir çox vaxt belə hallar real pərakəndə bazarda özünü göstərmir. Hazırda da Avropa və Rusiyadan idxal edilən məhsulların qiymətində ucuzlaşmasının şahidi olmuruq. Bunun əsas səbəblərindən biri, ölkədə rəqabət mühitinin zəif olmasıdır. Hazırki şəraidən istifadə edən biznesmenlər daha çox gəlir əldə etmək məqsədi ilə faktiki bazarlarda rəqibləri olmadıqları üçün məhsulları əvvəlki qiymətdə təqdim edirlər. Son 3 ay ərzində neftin qiymətinin 40%-ə qədər aşağı düşdüyü bir şəraitdə idxal məhsullarının qiymətinin aşağı düşməməsi birbaşa ailələrin büdcəsinə təsir edən amildir”.
Ekpert bildirdi ki, bu kimi halların qarşısını almaq üçün dövlət xüsusi ilə inhisarçılığa meylli şirkətlərə müəyyən hədlər tətbiq etməlidir: "Çalışmaq lazımdır ki, bazarda hansısa məhsulun idxalı üzrə bir şirkət tərəfindən dominantlıq olmasın. Nəticədə bazarlara diqtə meyli aradan qalxmış olar. Yəni, bazar şətləri liberallaşdırılmalıdır”.

Rəşad Həsənovun sözlərinə görə, qiymətlərin ucuzlaşması bundan sonrakı dövrdə də davam edəcək: "2015-ci il üçün neftin qiymətinin ucuzlaşacağı proqnozlaşdırılır. Böyük iqtisadiyyata malik ölkələrdə iqtisadi durğunluqlar proqnozlaşdırılır. Həmçinin, Azərbaycanın ən böyük xarici ticarət partnyoru olan Rusiyada rublun sürətlə ucuzlaşması, sanksiyalarla bağlı dünya bazarlarında Rusiya məhsullarına tələbatın aşağı düşməsi bu məhsulların qiymətlərini daha da ucuzlaşdıracaq”.

İqtisadçı qeyd etdi ki, ilin əvvəli ilə müqayisədə rublda təxminin 35% ucuzlaşma baş verib: "Bunun müqabilində qiymətlərin indeksiyayasının sürəti rublun indeksasiyası ilə uzlaşmır. Ona görə də hazırda Rusiyadan idxalla məşğul olan sahibkarların ciddi üstünlükləri var. Əslində, Rusiyadan idxal edilən məhsulların qiymətində minimum 15% ucuzlaşma olmalı idi. Avropa və digər ölkələrdən idxal edilən məhsullarda isə 7-8% ucuzlaşma imkanı var”.

İqtisadçı ekspert Qubad İbadoğlu bu xüsusda "Media forum” saytına deyib ki, Rusiyada, Ukraynada, Gürcüstanda və başqa ölkələrdə milli valyutanın dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür: "Neftin ucuzlaşmasından ən çox təsirlənən aqrar bölmədir. Milli valyutalarının dəyərsizləşməsi səbəbindən Rusiya, Ukrayna və Gürcüstandan ölkəmizə iri və xırda buynuzlu heyvanların idxalında artım var. Bu, ət bazarında yeni situasiya yaradıb. Regionlarda ətin ucuzlaşması yerli fermerləri ziyana salır. Yerli fermerlərin xərclərinin artığı bir dövrdə gəlirlərinin azalması fonunda xaricdən gətirilən heyvanların idxalının artımı bu bizneslə məşğul olan iş adamlarının gəlirlərinin çoxalmasını şərtləndirib. İqtisadiyyatın düzgün tənzimlənməməsindən itirən yenə də yerli istehlakçılar və yerli istehsalçılardır. Odur ki, Kənd Təsərrüfatı Nazirliyini bu problemin həlli ilə əlaqədar təxirəsalınmaz təbirlər həyata keçirməyə çağırıram”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
175

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
184

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
333
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 16:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru