Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2014
16:53
Neftlə bağlı dəhşətli həyəcan təbili: ÇÖKƏCƏK!

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2,72 dollar ucuzlaşaraq 66,15 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,28 dollar azalaraq 70,15 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən FaktXəbər-ə verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,16 dollar bahalaşaraq 74,52 dollar təşkil edib.

Bloomberg” xəbər agentliyi isə bu arada həyəcan təbili çalaraq, neftin qiymətinin ucuzlaşaraq 2008-ci il maliyyə böhranında bəri ən aşağı həddə düşdüyünü və bu prosesin daha da sürətlənə biləcəyini açıqlayıb.

FaktXəbər-in məlumatına görə, agentlik bir barelinin 40 dollardan da aşağı qiymətə enəcəyini istisna etmir. Mütəxəssislər bildirir ki, əgər söylənilən proqnoz özünü doğrultsa, onda dünyanın maliyyə sistemində böhran müşahidə oluna bilər. Bununla yanaşı, sözügedən proses bir sıra ölkələrin valyutasının düşməsinə, həmçinin müxtəlif dövlətlərin defoltuna səbəb ola bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl OPEK toplantısında Səudiyyə Ərəbistanının etirazı ilə hasilatın azaldılmaması vəziyyəti daha da dramatikləşdirib. Və məh bunun nəticəsidir ki, son azalmalarla birlikdə "qara qızıl"ın qiymətinin il ərzində enməsi 37%-ə bərabərdir.

Mütəxəssislər tam əminliklə bildirirlər ki, OPEK-in və Səudiyyə Ərəbistanının hasilatı azaltmaması ilə bağlı qərar ABŞ hökumətinin istəyidir. Səbəb isə Rusiyanın çökdürülməsidir. Amma bu, təkcə Rusiyanın deyil, eyni zamanda Azərbaycan, Nigeriya, İran və Venesuela kimi iqtisadiyyatı neft üzərində qurulan ölkələrə də ciddi şəkildə təsir göstərəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
279

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
476

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
473
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 17:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru