Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2014
13:30
Hacı Şahin Həsənli Sumqayıtdakı məscidin təhqir olunmasından danışdı
"Heç bir məntiqə sığmır”

“Kim Allahı qəbul etmirsə, bu, onun öz işidir, öz ixtiyarındadır. Amma daha bunu məscid divarında elan etməsi heç bir məntiqə sığmır”

Bunu Sumqayıtdakı məscidin divarında təhqiramız ifadənin yazılması ilə bağlı islamazeri.az-a açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli deyib. H.Ş. Həsənli bildirib ki, bu kimi hallar yolverilməzdir:

“İnsan Allahı inkar edirsə, bunu məscidin divarında yazması, təbii ki, inanclı insanlara qarşı təhqir hesab oluna bilər. Bu, sanki kimlərəsə aqressiv bir mesajdır. Baxmayaraq ki,bəzən ateistlər dindar insanları, inanclı insanları aqressiv olmaqda ittiham edirlər. Məscid divarında bunun yazılması dözümsüzlüyün göstəricisidir. Bu kimi əməllər insanların dini hisslərini qıcıqlandırmağa qarşı yönəlmiş əməllərdir. Əlbəttə ki, bu tip hərəkətləri qəbul  etmək olmur. Kim Allahı qəbul etmirsə, bu, onun öz işidir, öz ixtiyarındadır. Amma daha bunu məscid divarında elan etməsi heç bir məntiqə sığmır”.

Sumqayıtda radikal dini cərəyan qruplarının məlum hadisəsindən sonra həmin ərazidə məscidin divarında təhqiramiz ifadənin yazılması diqqət cəlb edən məsələlərdəndir.  Vəhhabi cərəyanının Sumqayıt liderlərindən biri hesab olunan Zöhrab Şıxəliyevin həyətində, yerin altında qanunsuz məscid tikdirməsi və hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində evində qanunsuz silah-sursat tapılmasının gündəmdə olduğu bir dövrdə Sumqayıt “Cümə” məscidinin divarında dinin təhqir olunması təəccüb doğurur. Baş vermiş hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığına da Hacı Şahin Həsənli aydınlıq gətirib.

Hacı Şahin qeyd edib ki, radikallıq təbii ki, cəmiyyətdə dinə qarşı ikrah hissi doğura bilər: “Hər hansı bir əlaqənin olub-olmadığını deyə bilmərəm. Amma ümumiyyətlə bəzi hallarda radikal cərəyan qruplarının fəaliyyəti insanlarda dinə qarşı fikrilərin dəyişilməsinə gətirib çıxarır. İnsanlarda dinə qarşı aqresiyyanın yaradılmasına gətirib çıxarır. Hətta hansısa bir radikalın əməlinə etiraz əlaməti olaraq, bəzi insanların müqəddəslərə də dil uzatmasının şahidi oluruq. Amma dəqiq şəkildə, dolayısıyla da belə olsa məlum hadisələrin bir-biriylə hansı bağlılıq təşkil etməyini demək çətindir”

Xatırladaq ki, bir neçə gün əvvəl radikal dindarların həbsi ilə gündəmdə olan Sumqayıt şəhəri bu dəfə tam tərsinə bir olaya imza atıb.

Publika.az Sumqayıtdakı məscidlərdən birinin təhqir edilməsi ilə bağlı fotonu yayımlayıb.

6-cı mikrorayondakı Cümə Məscidi olduğu ehtimal edilən Allahın evinin divarlarına ingilis dilində "Allah yoxdur" (God No Were) ifadəsi yazılıb. 

Foto Facebook sosial şəbəkəsində yayıldıqdan sonra dindarların ciddi narazılığına səbəb olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
366

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
506
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 07:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru