Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2014
14:29
Polis saxta dollar arxasınca getdi, narkotik tapdı

Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 33 yaşlı Namiq Həsənov Lənkəran şəhər avtovağzalında əməliyyatçılar tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Onun üstünə baxış zamanı 3 ədəd saxta 100 Amerika dolları aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, Lənkərana narkotik maddə qəbul etmək məqsədi ilə gəlib. Onun qeyd edib ki, Lənkəran rayon Girdəni kənd sakini, Arzuman Mirzəyevin evində qonaq olub. Birlikdə narkotik maddə qəbul etdikdən sonra Arzuman Mirzəyev tanışı Namiq Həsənova saxta dollar almağı təkli edib və 300 saxta dolları ona 60 manata satıb.

Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları 43 yaşlı Arzuman Mirzəyevi də saxlayıb. Onun yaşadığı evə baxış zamanı 35 ədəd kibrit qutusuna doldurulmuş 200 qrama yaxın marixuana, 2 ədəd sellofan torbaya bükülmüş yarım kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin çətənə bitkisinin toxumları aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs narkotik maddələri satış məqsədi ilə əldə edib saxladığını etiraf edib. Arzuman Mirzəyev eyni zamanda bildirib ki, saxta dollarları ona narkotik maddə satdığı şəxslər marixuananın əvəzində veriblər. Pulların saxta olduğunu bildikdə isə tanışı Namiq Həsənova satmaq qərarına gəlib.

Faktlarla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Suriyada terrorçulara məxsus PUA vurulub

28

Sentyabr
11:46
DÜNYA
15

Vilayət Eyvazovdan yeni TƏYİNAT

28

Sentyabr
11:31
SİYASƏT
210

Əhməd Məsud bəyanat yayıb

28

Sentyabr
11:14
DÜNYA
180

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
260

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
405
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 11:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru