Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2014
15:59
Rusiya Suriyadakı kəşfiyyat mərkəzindən kimi izləyirmiş? - FOTO

2014-cü ilin oktyabrın 5-də Azad Suriya Ordusu Suriya ərazisində yerləşən “C Mərkəzi” (Center C) kəşfiyyat mərkəzini ələ keçirib.  Məhz bu mərkəzin köməkliyi ilə terrorçuların bir neçə başçıları Suriya ordusu tərəfindən məhv edilib. 

FaktXəbər-in məlumatına görə, bir müddət əvvl İranı və Suriyanı Yaxın Şərqlə bağlı informasiya ilə təmin etmək məqsədilə “C Mərkəzi” modernləşdirilib. Modernləşmədən sonra mərkəz İsrail, Səudiyyə Ərəbistan və İordaniyadan istənilən məlumatı toplamağa qadir olub. Həmçinin məlum oldu ki, bu mərkəzin yanında Rusiyanın digər bir “C-2” kəşfiyyat mərkəzi də mövcuddur. 

“C Mərkəzi”nin divarlarında asılmış şəkillər Rusiyanın Yaxın Şərqdə gedən proseslərdə iştirakını bir daha sübut edir. Həmin şəkillərdə rusiyalı heyəti və RF Müdafiə Nazirliyinin müşaviri Kudelini görmək olur. 

Qeyd etdiyimiz kimi “C Mərkəzi” ASO tərəfindən işğal olunandan sonra məlum olub ki, Rusiyanın Suriyada başqa bir kəşfiyyat mərkəzi də mövcuddur.  Lakin bu yaxınlarda Rusiyanın üçüncü bir kəşfiyyat mərkəzi də aşkarlanıb. 

“C Mərkəzi”nin əməliyyat otağında yüksək ölçülü şəkil asılıb. Orada üç obyektin olması açıq aşkar görünür. Bu üç obyekti birləşdirən iki xət var. İkinci xətt olduqca qəribədir. O xətt Livandan Kiprə və İordaniyaya qədər davam edir. Hazırda bu xətlərin nə olduğu məlum deyil. 

Maraqlısı budur ki, bütün bu obyektlər təpələrdə yerləşir. Əgər aşkar olunan 2 obyektin adı “C” və “C-2” mərkəzləridrsə, onda üçüncü obyektin “C-3 Mərkəzi” olduğu ehtimal olunur. Bu obyekdə rusların İsrailə qarşı kəşfiyyat fəaliyyəti apardığı güman olunur.

Rusların “C Mərkəzi”ndən gedişi “Daily Beast” qəzetində dərc olunan məqalədə yazılıb.

ASO-nun rəsmi nümayəndəsi “Daily Beast” qəzetinə həmin obyektlərdə 15 nəfərdən ibarət rusiyalı heyətin işlədiyini bildirib. Onun sözlərinə görə, ASO-nun həmin obyektləri ələ keçirməzdən  bir həftə öncə həmin 15 nəfər Bəşşar Əsədin göndərdiyi xüsusi təyyarə ilə oranı tərk edib. 

Qalan iki bazanın statusu və funksiyası barədə heç bir məlumat yoxdur.  Ehtimal olunan odur ki, bu iki baza hələ də Rusiyanın xüsusi təyinatlılarının rəhbərliyi altındadır. 

Qeyd edək ki, rusların bu gizli kəşfiyyat bazasını tərk etməsinə səbəb kimi ən çox ehtimal olunan versiya onun artıq lazımsızlığıdır. Çünki yuxarıda da qeyd olunduğu kimi, Rusiyanın Suriyada daha iki “C-2” və “C-3” bazası var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
15

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
210

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
430

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
371

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
339

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
337

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
388
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 11:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru