Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Oktyabr

2014
17:45
Avtobus sürücüsü dəhşət saçdı - VİDEO

Bu gün səhər saatlarında Bakının Əmircan qəsəbəsində sərnişin avtobusu böyük faciəyə səbəb olacaqdı. 

Bu barədə ANS-in “qaynar xətti”nə məlumat verilib. Verilən məlumata görə, Əmircan qəsəbəsi istiqamətində hərəkət edən sərnişin avtobusu dəmir yolu xəttindən keçərkən yol hərəkəti qaydasını kobud şəkildə pozub.

Belə ki, dəmir yolunda avtomobilləin dayanması üçün nəzərdə tutulan şlaqbaum endirilən zaman avtobus sürücüsü buna əhəmiyyət verməyib. Avtobus qatarın gəldiyi zaman dayanmadan dəmir yolunu keçib.

Xoşbəxlikdən avtobus dəmir yolunda şlaqbauma ilişməyib. Bu da qəzasız ötüşüb.

Xatırladaq ki, 2012-ci ilin avqustun 31-də Lökbatan qəsəbəsində 124 saylı sərnişin avtobusu Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı ilə toqquşmuşdu. Qəza sırf avtobus sürücüsünün günahı ucbatında baş vermişdiş. Avtobus sürücüsü qatarın gəldiyini görsə də, avtobusu saxlamamışdı. Rəsmi məlumatlara görə, qəza nəticəsində 6 nəfər ölmüş, 54 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
199

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
509
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 18:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru