Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2014
16:52
Rusiyanın məxfi şəhərlərində nələr var? (FOTO)

Bu şəhərlər xəritədə yoxdur. Sakinlərdən yazılı iltizam alınırdı ki, bu şəhərlər barədə heç nə deməsinlər. Məhz orada indi dünyanı lərzəyə salan Ebola virusunu sınaqdan keçirirdilər və məhz orada atom bombası yaranıb.

Sovetin məxfi zonaları bu statusu ona görə alırdı ki, həmin ərazisində dövlət əhəmiyyətli obyektlər (enerji, hərbi və kosmik sahəsində) yerləşirdi. Sadə vəntəndaşın oraya girişi və buraxılması qadağan idi. Yerli sakinlərə tapşırılırdı ki, onlar öz yaşayış yerləri, ələlxüsus da gizli obyektlər barədə heç kəsə məlumat verməsinlər. 

Həmin şəhərlər xəritədə belə yox idi. Onlar heç bir unikal ada malik deyildi. Belə şəhərlər adətən vilayət mərkəzinin adını daşıyırdı. Məsələn, Krasnoyarsak-26 və ya Penza-19. Məktəblər və evlər böyük rəqəmlə nömrələnirdi. 

Qadağan olunmuş zonanın sakinləri təhlükəli obyektlərin yaxın yerləşdiyinə görə, risk qrupuna daxil idi. Məsələn, Çelyabinskdə radioaktiv tullantılarının sızması nəticəsində 270  minə yaxın sakinin həyatı ciddi təhlükə altına düşmüşdü. 

Lakin o şəhərlərdə yaşamağın müəyyən üstünlüyu də vardı. Əhalinin sosial şəraiti, məişət və xidmət sahələri adi şəhərlərdən çox yüksək idi. O zonalarda cinayət sıfıra endirilmişdi.  Həmçinin maaşdan savayı sakinlərə müəyyən əlavələr də verilirdi. 

"Zaqorsk-6" və "Zaqorsk-7"

“Zaqorsk-6”da Virusoloji Mərkəz, Mikrobiologiya Elmi-tədqiqat Mərkəzi, “Zaqorsk07”də isə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Fiziki-texniki İnstitutu yerləşirdi.  Birincidə bakterioloji, ikincidə isə radioaktiv silahın hazırlanması aparılırdı. 

Əhalini və özünü təhlükə altına qoyaraq, alimlər elmi tədqiqat əsasında cənubi Amerika və Afrika virusundan ölümcül silah hazırlayırdılar. Yeri gəlmişkən, Ebola virusunun  sınağı ilk dəfə məhz burada aparılıb.

“Zaqorsk-6”da işə düzəlmək olduqca çətin idi. Çünki işə düzələn adamın az qala 7-ci nəslinə kimi şəxsiyyəti araşdırılırdı. Buna səbəb Sovetin bakterioloji silahına yetişmək istəyənlərin sayının çoxluğu idi. 

“Zaqorsk-7”  qapalı şəhər statusundan  2001-ci ilin yanvar ayında çıxarılıb. “Zaqorsk-62” isə bu günə kimi də qapalıdır. 

“Arzamas-16”

Amerikalıların nüvə silahından istifadəsindən sonra SSRİ də nüvə silahı məsələsini gündəmə gətirdi. Onun üçün məxfi obyekt “Arzamas-16” seçildi. Bu şəhər iki cərgə tikanlı məftillə çəkilib və gücləndirilmiş mühafizə rejiminə keçirilib. Nüvə layihəsinin adı “KB-11” idi. Həmkarların bu ərazini tərk etməsi qadağan olunmuşdu. 

“Arzamas-16”nın sakinlərinin orta əmək haqqı 200 rubl təşkil edirdi. O ərazi bütün növ ərzaqla təmin edilirdi. Qonşu şəhərlərin sakinləri belə həyatı heç arzulaya bilməzdi. Hazırda da bu şəhər məxfi sayılır. 

“Sverdlovsk-45”

Şeytan dağının yaxınlığında yerləşən bu məxfi şəhərdə uran zənginləşdirilirdi.  Bəziləri onu Moskvaya, bəziləri isə bu şəhəri Sankt Peterburqa oxşadırdı. 

Sovetin yaşayış ölçülərini nəzərə alsaq “Sverdlovsk-45”də camaatın iqtisadı dururmu yüksək səviyyədə idi. Əgər şəhər sakini cinayət törədirdisə, şəhərdə yaşaya bilməzdi. 

“Sverdlovsk-45”in gizli obyektləri tez-tez xarici kəşfiyyatın diqqətini cəlb edirdi. Belə ki, 1960-cı ildə şəhər yaxınlığında ABŞ-ın casus təyyarəsi vurulmuşdu. Hazırda da şəhər turistlər üçün bağlıdır. 

Mirnıy

Əvvəl Arxangelsk vilayətinin hərbi şəhərciyi sayılan Mirnıy yaxınlığında sınaq kosmodromunun yerləşməsinə görə, 1966-cı ildə məxfi şəhərə çevrildi. Lakin digər məxfi zonalar kimi qapalı deyildi. Şəhər tikanlı məftillə çəpərlənməyib. Sənədlərin yoxlanılması da yalnız giriş yollarında həyata keçirilirdi. 

Sakinləri oranı nağıl aləmi adlandırırdı. Saysız-hesabsız oyuncaqlar, gözəl geyim və ayaqqabı o şəhərin əsas atributu idi. 

Hazırda da Mirnıy məxfi statusunu qoruyub saxlayır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
564
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 02:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru