Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2014
15:12
Vüqar Bayramov qızıl bazarındakı durğunluqdan və ucuzlaşmadan danışdı

Azərbaycanda kifayət qədər alıcısı olan qızılın qiymətində azalmalar müşahidə olunur. Baxmayaraq ki, gənclərimizin xeyir işlərində qızıl hədiyyə etmək adət halını alıb, ancaq müşahidələrimiz onu göstərir ki, qızıl bazarı müştərilərini itirməkdədir.

İqtisadçı-ekspert Vüqar Bayramov FaktXəbər-ə açıqlamasında bildirir ki, qızıla olan tələbat təkcə Azərbaycanda deyil, dünya bazarında da kəskin azalıb:

“Dünya bazarında son bir ildə qızılın qiyməti 9 faiz aşağı düşüb. Son altı ayda isə qızılın qiymətində 7 faiz azalma var. Hazırda dünya bazarında bir qram qızıl 38 dollara satılır. Bu artıq psixoloji həddin keçməsi deməkdir. Qızılın qiymətinin son dəyişmə tendensiyası göstərir ki, qızılın qiymətində ciddi azalmalar müşahidə edilir. Qızılın qiymətinin azalması qızıla olan tələbatın azalması ilə bağlıdır. Dünyanın inkişaf etmiş ölkələrində infilyasiya həddinin 20 faiz aşağı düşməsi valyuta bazarına investisiyanın həcmini artırır və bunun nəticəsində qızıl bazarından daha çox valyuta bazarına yönəldilir.”

Azərbaycanda da son bir ildə qızılın qiymətinin 5 faiz aşağı düşdüyünü deyən Vüqar Bayramov, bunun səbəbi kimi qızılın yığım vasitəsi kimi praktik olaraq istifadə olunmamasında göstərdi: "Əvvəllər vəsaitin yığım vasitəsi kimi qızıla cəlb edilməsi rentabelli idisə, indi rentabelli deyil. Çünki qızılın alış və satış qiymətləri arasında kəskin fərq var. Bundan başqa, dünyada və Azərbaycanda qızıla dəb olaraq maraq azalıb. Əvvəllər qadınlar bahalı və ağır qızıllardan istifadə edirdisə, bu gün az çəkili qızıldan istifadə halları artıb. Bazardakı durğunluq bu ilin sonunadək davam edəcək. Nəzərə alsaq ki, bir müddətdən sonra Azərbaycanda toy və şənlik mövsümü başa çatır. Bu da Məhərrəm ayının başlaması ilə bağlıdır. Buna görə də, qızılın qiymətində bahalaşmanı proqnozlaşdırmırıq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
462

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
635
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru