Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2014
12:39
Sovetskidən təzə xəbər FOTO
Bakının Sovetski adlanan ərazisinin layihəsi yenidən işlənəcək

Bakının Sovetski kimi tanınan ərazisində söküntü işləri aparıldıqdan və mövcud vəziyyət aydınlaşdıqdan sonra, bu ərazinin planlaşdırma sənədi yenidən işlənəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib ki, hazırda həmin ərazidəki köhnə evlərin və digər obyektlərin sökülməsi işləri aparılır. Vaxtilə Sovetski, Kubinka, Xutor, Papanin kimi tanınan ərazilərdə heç bir yaşayış normaları nəzərə alınmadan məskunlaşma prosesi aparılıb. Bu ərazilərin əksəriyyətində dözülməz sanitariya vəziyyəti hökm sürür.

“Təsəvvür edin, 4 kvadratmetrlik həyətə 8 evin qapısı açılır. Sovetskidə elə evlər var ki, oraya ümumiyyətlə heç gün işığı düşmür. Çox da keçmişə getməyək, 6-7 il bundan əvvəl Heydər Əliyev Sarayının ətrafı hansı vəziyyətdə idi? İndi isə baxın, necə gözəl istirahət parkı və yaşıllıq salınıb, geniş yollar çəkilib. Bütün bunlar şəhərimizin gözəlləşməsinə və insanların rahatlığına xidmət edir”, - deyə C.Qocayev vurğulayıb.

Şöbə müdiri onu da əlavə edib ki, Sovetskidə tarixi, memarlıq abidələri də mövcuddur və bütün bunlar paytaxtın müfəssəl planında nəzərə alınıb. Plana N.Nərimanov prospektində 3 hündürmərtəbəli binanın tikilməsi də daxil edilib. Ərazi, demək olar, başdan-başa yaşıllaşdırılacaq.AzərTAc

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
565

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
680

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
625
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-06-2021 11:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru