Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2014
09:39
Toyda ölümlə nəticələnən davanın təfərrüatları- VİDEO

Ağcabədidə toy zamanı baş verən dava qətllə nəticələnib. 

Hadisə rayonun Hacıbədəlli kəndində olub. Toyda baş verən mübahisə davaya çevrildikdən sonra tərəflər bıçağa əl atıb. Nəticədə 6 nəfər xəsarət alıb. Yaralılar Ağcabədi MRX-na çatdırlısa da, xəsarət alan bəyin xalası oğlu 21 yaşlı Elnur Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Oğlunun dünyasını dəyişməsindən xəbəri olmayan Nəzakət Abbasova isə hadisə barədə bunları dedi:

“Dava düşdü, sonra da sakitçilik oldu, evin adamları məndən xahiş etdi ki, şikayət etməyim. İş bağlanacaqdı”.

Xəstəxanadan aldığımız məlumata görə, bıçaq Elnur Məmmədovun ürək nahiyəsinə yaxın hissəyə dəyib. Ağcabədi MRX-nın cərrahiyə şöbəsindən onu da bildirdilər ki, xəsarət alanlardan biri də bəy anası Akifə Orucova olub. Vəziyyəti normal olduğundan artıq evə buraxılıb. 

Digər yaralıların müalicələri davam etdirilir. Hadisə baş verən ünvanda olsaq da ailə üzvləri açıqlama verməkdən imtina etdi.

Ağcabədi Rayon Prokurorluğundan verilən məlumata görə, hazırda araşdırmalar gedir və faktla bağlı hələlik saxlanılan yoxdur. Hadisənin hansı səbəbdən, kim və ya kimlər tərəfindən törədilməsi isə rayon prokurorluğunun araşdırmasından sonra məlum olacaq./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
30

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
125

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
287

Kabilə bir neçə raket mərmisi atılıb

17

Sentyabr
10:15
DÜNYA
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 16:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru