Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2014
16:29
Toy karvanında qəza: ÖLƏNLƏRİN SAYI 9-A ÇATDI - VİDEO - YENİLƏNDİ

Xilasedicilər 3 qadın və bir kişinin meyitini deformasiyaya uğramış maşınlardan çıxarıblar.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol qəzasında ölənlərin sayı 9-a çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar.

Hadisə zamanı ağır yaralanan  6 şəxs Ağsu və Göyçay xəstəxanalarına aparılıb. Sonradan yaralılardan 5 nəfəri də dünyasını dəyişib. Hazırda ölən şəxslərdən 6-nın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsində, 3-nün meyiti isə Göyçay rayon şöbəsindədir.

Bir nəfər yaralı isə ağır vəziyyətdə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.   

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
20

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
125

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
287

Kabilə bir neçə raket mərmisi atılıb

17

Sentyabr
10:15
DÜNYA
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 16:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru