Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2014
14:58
Toy karvanında dəhşətli qəza: 4 ölü - VİDEO

Hadisə bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hadisə həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları aparan minik maşınlarının karvanında baş verib. 

Gəlin aparan maşınların toy karvanında olan 90-BP-886 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. 

Hadisə zamanı 4 nəfər dünyasını dəyişib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar. Hadisə zamanı 4 nəfərin də ağır yaralandığı bildirilir. Yaralılar Ağsu və Göyçay xəstəxanalarına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, toy karvanındakı bu tip qəzalar artıq adət halı alıb. Toy karvanındakı qəzaların videogörüntüsünü təqdim edirik:

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
362

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
325

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
301

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
330

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
302

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
447

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
431

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
419

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
497
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 22:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru