Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2014
08:47
Azərbaycanda TOYDA DAVA düşüb, ölən və yaralananlar var

Bu gün Ağcabədi rayonunun Hacıbədəlli kəndində toyda dava düşüb, ölən və yaralananlar var. Baş vermiş dava nəticəsində 1993-cü il təvəllüdlü Elnur Mehman oğlu Məmmədov və Elmidar Eldəniz oğlu İsmayılov bıçaqlanıb, Nizami Abbasov, Nəzakət Abbasova, Elmir Məmmədov isə döyülərək, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  Yaralılar Ağcabədi Mərkəzi rayon Xəstəxanasına gətiriliblər.

Xəsarət alan Nəzakət Abbasovanın bildirdiyinə görə, onlar Bakının Suraxanı rayonundan bacısı oğlunun Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən toy mərasimində iştirak etmək üçün gəliblər: “Oğlanlarım toyda yardım edirdilər, birdən oğlum Elnur Məmmədovun bıçaqlandığını dedilər, ondan sonra ara qarışdı. Bıçaqlanan Elmidar İsmayılov da qardaşımın oğludur”.

Nəzakət Abbasovanın özü, digər oğlu və daha bir neçə qohum da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, bıçaqlanan Elnur Məmmədovun həyatını xilas etmək mümkün olmayıb, o xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
65

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
130

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
287
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 17:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru