Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2014
17:59
Bakıda qan tökülməsi qərarı Qorbaçovun otağında verilib
Nikolay Rıjkov: “Bakıda atəşə atəşlə cavab verdik”

SSRİ Nazirlər Sovetinin keçmiş sədri Nikolay Rıjkov Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda baş verən hadisələrdən, SSRİ qoşunlarının Bakıya yeridilməsindən danışıb və bəzi etiraflar edib.

O müsahibəsində deyib: “Bakıda ilk dəfə etnik zəmində hadisə baş verəndə mən SSRİ Ali Sovetinin prezidiumunda Bakıda fövqəladə vəziyyət elan olunması barədə məsələ qaldırdım. Azərbaycan Ali Sovetinin o vaxtkı sədri Elmira Qafarova buna qarşı çıxdı və kəskin etirazını bildirərək dedi ki, Rıjkov məsələni alovlandırır. Nəticədə Dağlıq Qarabağda fövqəladə vəziyyət elan olundu.”

Onun sözlərinə görə, Bakıda vəziyyət gərginləşirdi, talanlar başlamışdı. İnsanları pəncərələrdən atırdılar, əşyalar ilə birlikdə konteynerlərdə yandırırdılar. Aeroport və dəmir yolu blokadaya alınmışdı, insanların gaçmağa yeri yox idi. Mən onda əmr verdim ki, Xəzərdən Krasnovodska bərə ilə təxliyyə təşkil olunsun. Təqribən 300 min nəfər insanı çıxara bildik. Ancaq müstəntiqi insanların həyatı yox, qoşunların kim tərəfdən yeridilməsi barədə əmr verməsi maraqlandırırdı: “Qərar Qorbaçovun otağında birgə qəbul edilmişdi. Orada Lukyanov, Yazov, Kryuçkov, Bakatin və mən iştirak etmişdim. Yazov əmr verməyi xahiş etdi. Qorbaçov Medvedyevə qoşunların yeridilməsi barədə mətni hazırlayıb gecə yarısına kimi onu KİV-lərdə dərc etməyi tapşırmışdı. Medvedyev mətnlə bağlı bir az ləngimişdi və onu yalnız səhər dərc etdirmişdi, qoşunlar isə toplantıdan dərhal sonra yeridilmişdi. Ya Medvedyev ya sərəncamı sabotaj etmişdi, - buna mən şübhə edirəm,- ya da, bu, onun tərəfindən düşünülmüş addım idi ki, baxsın vəziyyət necə inkişaf edəcək. Axşam saat 23 radələrində Azərbaycan Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirov mənə zəng edib, ümidsizcəsinə ordunu dayandırmağı xahiş etdi. Gecə isə, Yazov zəng etmişdi. O da Qorbaçovun qəbuluna düşə bilməmişdi. Bildirdi ki, orduya atəş açırlar. Əsgərlər arasında ölənlər var. Nə etməli olduğumuzu soruşdu. Cavab verdim ki, atəşə atəşlə cavab versinlər. Gecə ərzində M.Qorbaçov 3 dəfə mənə zəng etdi. Mən vəziyyətlə bağlı, həmçinin, atəş və ölənlər barədə ona məruzə etdim. O isə cavabında sadəcə belə dedi: “İşində ol”.

N.Rıjkov jurnalistin “Demək istəyirsiniz ki, qorxu və risk altında, yazılı göstəriş olmadan ordunun əməliyyatına rəhbərlik etmisiniz” sualına isə belə cavab verib: “Mən siyasətlə məşğul olmurdum, problemin həlli ilə məşğul idim.”
Red: Göründüyü kimi, vaxtilə bu kəslər törətdikləri faciələrə don geyindirmək üçün indi müxtəlif sərsəm fikirlər səsləndirirlər. Onlar gözəl bilirlər ki, vaxtilə Azərbaycanda “şanlı sovet ordusu”na qarşı heç bir atəş açılmayıb, sadəcə, bu, onların Bakıya girməsi, qoşun göndərməsi üçün bəhanə olub.ANS

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
509

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 19:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru