Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2014
11:04
Toydan qaçan gəlin tapıldı - VİDEO

Toyundan əvvəl evdən qaçan qız atası ilə görüşüb.

Təxminən bir ay əvvəl toyuna iki gün qalmış 18 yaşlı Günəş Mənsimovanın Lənkərandan Bakıya qaçması onun nişanlısı kimi, ailəsini də məyus etmişdi.

Lənkəran rayonunun Havzava kəndində gəlinsiz toyun çalınmasına səbəb də elə qızın qəfildən yoxa çıxmasıydı. Qaçmasından düz 16 gün sonra bir ailənin Günəşi taparaq ANS-ə gətirməsi isə hər şeyin üstünü açdı. “İç xəbər”ə müsahibəsində qız oğlanı sevmədiyini, çoxsaylı təzyiq və zorakılığa məruz qaldığından kənddən şəhərə pənah gətirdiyini dedi. Bildirdi ki, burada qalmaq və təhsil almaq istəyir. Bütün olanlardan sonra isə ANS -in “Adam içində” verilişinin kollektivi evdən qaçan qızı atası ilə görüşdürməklə yanaşı, həm də onları barışdırıb. Amma bununla hər şey bitmir. Əvvəlki açıqlamasında gəlninin toya iki gün qalmış qaçmasının günahını həyat yoldaşı və qızında olduğunu deyən ata bu dəfə studiyaya gələrək hər kəsi şoka salacaq açıqlamalar verdi.

Bəyin atası Fəxrəddin Həsənovun sözlərinə görə, gəlin Mərkəzi Bankın yanında onun bacısının evində qalıb: "Bəs, valideyn düşünmürüdü ki, onlar kəbin kəsdirmişdilər, bircə Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ), yəni nikaha daxil olmaq qalırdı. 18 yaşı tamam olmamış qızı niyə buraxırdı ki, oğlanla bir yerdə qalsın burda".

Bu cür açıqlamanın ardından ata, oğlunun hələ də Günəşi sevdiyini və onlara təzədən toy çaldırmağa hazır olduğunu bildirdi.

Verilişdə iştirak edənlər də bu istəyi alqışla qarşıladı. Amma 18 yaşı yenicə tamam olmuş və təhsil almaq sevdası ilə alışıb yanan Günəşin isə belə təklifə cavabı nə olacaq, bax bunu zaman göstərəcək. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
424

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
385

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
373

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
498

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru